Məzəmmət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Abır-həya, məzəmmət qorxusundan yaranan, özünə sevgiyə əsaslanan kədərin bir növüdür. Rene Dekart
- Açıq məzəmmət gizli qəzəbdən yaxşıdır. Litva atalar sözləri
- Ağıllının məzəmməti axmağın tərifindən daha dəyərlidir. Ukrayna atalar sözləri
B
[redaktə]- Başqalarının yanında verilən nəsihət məzəmmət kimi qəbul edilir. Alfred Kapus
- Bir çoxları İlahi Qüvvəni Adəmə qadağanı pozmağa imkan verdiyinə görə məzəmmət edirlər. Ey axmaqlar! Axı Tanrı ona ağıl, deməli, seçmək azadlığı vermişdi, belə ki, ağıl seçmək bacarığından başqa şey deyildir, əks halda Adəm adicə maşın olardı.[1] Con Milton
C
[redaktə]- Cəlladı məzəmmət etdilər ki, o bütün siyasi quruluşlarda cəlladlıq edib və sonralar əvvəl sərəncamı ilə edamları yerinə yetirdiyi şəxslərin özlərini edam edib. Cəllad deyir: Siyasi baxışların mənə dəxli yoxdur. Mən qarşımda yalnız insanı görürəm. Stanislav Eji Lets
D
[redaktə]- Dostu təklikdə məzəmmət elə, hamının yanında isə təriflə. Solon
- Dostun məzəmməti adam öldürür. Aşıq Ələsgər
Ə
[redaktə]- Ən böyük hörmətə o qadın layiqdir ki, o, kişilər arasında daha az məzəmmət və tərif edilir, onun barəsində daha az danışılır. Fukidid
H
[redaktə]- Həya ona deyilir ki, məzəmmət edilib danlanmamaq, nalayiq hərəkətlər müqabilində utanmamaq üçün nəfs biabır işlərin qarşısını alsın. Nəsirəddin Tusi
X
[redaktə]- Xanım həddən artıq qürurlu olduğuna görə məzəmmət olundu və o, cavab verdi: “Mən təkəbbürlüyəm, amma qürurlu deyiləm. Təkəbbürlə qürur arasında nə fərq var? Qürur hücum, təkəbbür isə müdafiədir". Filippo Panante
İ
[redaktə]- İki cür adam məzəmmətə layiqdir: dostların haqqını tapdayan və yaxşı işə qiymət qoymayan. Qabusnamə
Q
[redaktə]- Qorxu və ümid - insanları idarə edən bu iki alətdir. Bu iki alətdən istifadə etmək əvəzinə, onların arasında fərq qoymadan, onlardan təbiətinə uyğun olaraq istifadə etmək lazımdır. Qorxu təhrik etmir, qorxunun qabağını alır və cəzalar haqqında qanunlarda ondan istifadə edilməsi yaxşı işlər görmək üçün yox, pis işlər görməyə mane olmaq üçündür. Yoxsulluq qorxusu qarşısında avaraların nə vaxtsa zəhmətkeş insan olması inandırıcı deyil. Ona görə də insanlar arasında əməkdə əsl yarış ruhu yaratmaq üçün onlara göstərmək lazımdır ki, əmək aclıqdan xilas olmaq üçün yox, rifaha nail olmaq üçün vasitədir. Gəlin, belə bir ümumi qayda müəyyən edək: heç kəsi nəyisə etmədiyinə görə yox, etdiyi şeyə görə məzəmmət etmək lazımdır. Jan Jak Russo
- Qoy səni susmağına görə məzəmmət etsinlər, amma danışqanlığına görə söyməsinlər. Uilyam Şekspir
M
[redaktə]- Məzəmmətə də, tərifə də eyni cür biganə ol. Pifaqor
N
[redaktə]- Nə vaxt ki, tərifdən və məzəmmətdən yüksəkdə olursunuz və sevən iradə kimi sizin iradəniz hər şey üzərində hökmran olmaq istətyirsə, o zaman sizin fəzilətiniz yaranır. Və nə vaxt ki, siz yumşaq yatağa və bütün xoş şeylərə nifrət etsəniz də, amma ən dəbdəbəli yatağın yanında yatanda sizin fəzilətiniz yaranır. Fridrix Nitsşe
Y
[redaktə]- Yoxsulluq məzəmmət edər, var-dövlət sevinc gətirər. Çuvaş atalar sözləri
Z
[redaktə]- Zülməti dəf etmək onu məzəmmət etmək və yaxud şikayətlənməklə deyil, ətrafımızda gördüyümüz əzəli və əbədi nuru daha da artırmaq məqsədilə şücaət və imana söykənərək davamlı cəhd etməkdədir: bizdən uzaq olsa da, zəif saçsa da, bəzən həyatın naqisliklərində və keçilməz cığırlarında gizlənsə də... Əmin ər-Reyhani
İstinadlar
[redaktə]- ↑ Hikmət Hacızadə. Demokratiya:gediləsi uzun bir yol. Bakı, 2002. səh.29