Düzgün

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Alim düzgün cavabları verən yox, düzgün sualları qoyandır. Levi Stross

B[redaktə]

  • Biz vaxtdan müdrik istifadə etməliyik. Düzgün işə hər dəqiqə başlamaq olar. Nelson Mandela

C[redaktə]

  • Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmədiyindən məhv olurlar. Deni Didro

D[redaktə]

  • Düşüncə bir gücdür. Fəlsəfə isə düzgünlük və sevgi kimi nəhəng bir faktorla insanlığın yaxşılaşmasını təmin edəcək təsiri tapmada bir enerji olmalıdır. Albert Payk
  • Düzgün fikirləşib doğru tədbir tökmək, ağıl və təmkinlə hərəkət etmək hər şeydən üstündür. Kəlilə və Dimnə
  • Düzgün rəy deyilmişləri nəzərdən keçirib, deyilməmişləri dərk etmək yolu ilə meydana çıxır. Kəlilə və Dimnə
  • Düzgün yol tarım bir ip boyunca davam eləyir, bu ip hündür yerdə yox, düz yerin üstündə tarım çəkilib. Bu ip sanki üstündə yerimək üçün deyil, sənə badalaq qurmaq üçündür. Frans Kafka

Ə[redaktə]

H[redaktə]

  • Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya

X[redaktə]

  • Xalq görməyə bilər, lakin o həmişə hiss edir, özü də düzgün hiss edir. Ceyms Harrinqton

İ[redaktə]

  • İnsanlarla düzgün rəftar, uğurun ən başlıca üsuludur. Teodor Ruzvelt

Q[redaktə]

  • Qürurlu kürək gec-tez əyilir; qara saqqal zamanla ağarır; gözəl saçlar günün birində tökülür; mükəmməl sifəti qırışlar doldurur; ama yaxşı ürək Ay və Günəş kimi, hətta Aydan çox Günəş kimi parlaq işıq saçır və hər zaman düzgün yolla irləliləyir. Uilyam Şekspir

M[redaktə]

  • Mədə boş, sağlıq düzgün, kisə boş, əxlaq düzgün. Ərəb atalar sözləri
  • — Mənim otuz yaşım var, — mən dedim, — Mən artıq beş ildir ki, özünə yalan danışmağı düzgün sayan yaş həddindən uzağam. Böyük Getsbi
  • “Müqəddəs Kitab və Elm düzdür, və buna görə də hər biri, əgər düzgün oxunsa, yalnız digərinin həqiqətinin sübutudur.” Mattyu Mauri

N[redaktə]

  • Nadanlığın dərmanı elmdir, Elm sahibi etimad edən olar, etimad edən də səadət yolunu bilər və o yolla gedər. Düzgün yolla gedən mütləq məqsədinə çatar. [1]İbn Sina

S[redaktə]

  • Səbr insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır. Əbu Turxan
  • Sənin öz yolun var. Mənim isə öz yolum var. Düzgün, doğru və yeganə yola gəldikdə isə, bu mövcud deyil. Fridrix Nitsşe
  • Siyasətçinin ən mühüm keyfiyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir. Uinston Çörçill

T[redaktə]

  • Tale üzərində durub onu sübut göstərməyimiz düzgün deyil. Əksinə biz çalışar, çabalar və nə etiraz, nə də tənbəllik etmərik. Əbdülqədir Geylani

U[redaktə]

  • Uşağı düzgün və normal tərbiyə etmək işindən çox asandır. Anton Makarenko

Ü[redaktə]

  • Ümümi şəkildə baxanda insanlara etibar etmək düzgün deyil. Onlar sizə verdiyi sözü heç vaxt tutmazlar, əgər belə olsa o zaman sizində onlara qarşı heç bir öhdəliyiniz qalmaz. Nikkolo Makiavelli

Y[redaktə]

Yaxşı müəllimlik düzgün cavab verməkdən daha çox, düzgün suallar verməkdir. Jozef Albers.

Z[redaktə]

  • Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin. Nəsirəddin Tusi

İstinadlar[redaktə]

  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014