Təhrif
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağlımızın günahı ucbatından biz duyğu orqanlarımızın bizə təlqin etdiklərini təhrif edirik. Nə qədər ki, hisslərimiz təkamülü, dünyanın gərdişini, baş verən dəyişmələri göstərir, bizi aldatmır… Lakin Heroklit bu fikrində həmişə haqlıdır və dünya durduqca da haqlı olacaqdır ki, gerçəklik yalnız bir fiksiyadır. “Xəyali” dünya yeganə dünyadır: “gerçək” dünya isə nağıldan başqa bir şey deyildir. Fridrix Nitsşe
Ə
[redaktə]- Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və fəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
H
[redaktə]- Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram. Lars fon Trier
X
[redaktə]- Xoşbəxtlik, bədbəxtliyə nifrətdən, insanı təhrif edən və eybəcərləşdirən, fizioloji iyrəndirən, sızıldadan, inildədən, ah çəkən hər şeyi daxilən rədd etməkdən başlayır. Maksim Qorki
M
[redaktə]- Məqsəd haqqında nəzəriyyə təbiəti tamamilə təhrif edir. O, səbəbi həqiqətən təşkil edən şeyə hərəkət kimi baxır və əksinə. Daha sonra, o, təbiətcə əvvəl gələni sonrakı, yüksək və mükəmməl olanı isə qeyri-mükəmməl edir. Əslində isə, birbaşa Allah tərəfindən edilən hərəkət ən mükəmməldir və nəyinsə baş verməsi üçün səbəb nə qədər çox olarsa, hərəkət bir o qədər qeyri-mükəmməl olar. Əgər Allah yaratdığı bütün şeyləri öz məqsədinə çatmaq üçün edərsə, o zaman birinci şeylərə görə yaradılan sonuncu şeylər bütün başqa şeyləri üstələyərdi. Daha sonra, bu nəzəriyyə Allahın mükəmməlliyini məhv edir. Çünki, əgər Allah yaratdığını hansısa bir məqsəd üçün edirsə, deməli o, malik olmadığı həmin bu məqsədə can atır. Baxmayraq ki, ilahiyyatçılar və metafiziklər ehtiyacdan doğan məqsədlə bənzətmə məqsədini fərqləndirsələr də, onlar etiraf edirlər ki, Allah hər şeyi şeylərə görə yox, özü üçün yaradıb. Çünki, şeylər yaradılmamışdan qabaq Allahdan başqa heç nəyi ifadə edə bilməzlər. Deməli, onlar razılaşmalıdırlar ki, Allah vasitə hazırlamaq istədiyi şeydən məhrumdur. Benedikt Spinoza
- Mən yoxsulluq haqqında cəlbedici və ya ibrətamiz heç nə görmürəm. Mənə heç nə öyrətmədi və yalnız həyat dəyərləri haqqında təsəvvürümü təhrif etdi. Çarli Çaplin
Ş
[redaktə]- Şagirdinizin zehnini tərbiyə etmək istəyirsinizsə, onun idarə etməsi lazım olan gücü tərbiyə edin. Bədənini daima çalışdırın, onu sağlam və güclü edin. Qoy o işləsin, hərəkət etsin, qaçsın,qışqırsın, daima hərəkətdə olsun, güclü insan olsun ki, ağlı başına gəlsin. Əgər biz bu qaydanı təhrif etsək, tələsik qərar vermiş olarıq. O zaman onun korlanmasına mane ola bilməyən nə yetkinliyi, nə zövqü olacaq, əvəzində gənc alimlər və qocalmış uşaqlar olacaq. Jan Jak Russo