Məzmuna keç

İcad



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Artıq yeni heç bir şey yoxdur. İcad edilə biləcək hər şey icad edildi. Çarlz Duel
  • Bəzən düstur onu icad edən adamdan daha müdrik görsənir. B.Boltsano (1781-18480) çex riyaziyatçısı
  • Bir insanın icad etdiyi şeyi başqaları da başa düşər (“Rəqs edən insanlar”). Artur Konan Doyl
  • Dünya yeni səs-küy qaldıranların yox, yeni dəyərlər icad eləyənlərin ətrafında fırlanır. O, səssizcə fırlanır. Fridrix Nitsşe
  • Elm atom bombasını icad etməklə heç də pis bir iş görmədi. Çünki, əsl pislik insanların beynində və qəlblərindədir. Albert Eynşteyn
  • Fərdin azadlığı sivilizasiyanın bizə bəxş etdiyi hədiyyə deyildir. Əksinə, sivilizasiya icad olunmamışdan əvvəl fərd öz azadlığının qızıl dövrünü yaşayırdı. Ziqmund Freyd
  • Heç bir şey icad edilmədi, yenidən kəşf edildi. Oqust Rodin
  • İnsan, maşın onu yeyənə qədər maşın icad edəcək. Jül Vern
  • İnsan o qədər acı çəkər ki, bütün canlılar arasında tək o, gülməyi icad etmək məcburiyyətində qalmışdır. Fridrix Nitsşe
  • İnsan övladının heç bir icadı pul qədər fəsad törədən deyil. Sofokl
  • Müharibə dəhşətdir, qorxunc bir cinayətdir. Mən elə bir dağıdıcı gücə malik maddə və ya maşın icad etmək istərdim ki, onların köməyi ilə istənilən müharibə qeyri-mümkün olsun. Alfred Nobel
  • O vaxtlarda, utancaq balıqlar üçün buzlu şüşədən akvariumu daha icad etməmişdim. Alfons Alle
  • Tənhalıqda ağıl daha kəskin olur. Düşünmək və icad etmək üçün böyük bir laboratoriyaya ehtiyac yoxdur. İdeyalar xarici şərtlərin ağıla təsir göstərməməsi şəraitində yaranır. İxtiraçılığın sirri tənhalıqdadır. İdeyalar tənhalıqda yaranır. Nikola Tesla

İstinadlar

[redaktə]