Hakimiyyət
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Azadlığın çox olmasını görən insanlar pul, hakimiyyət ardınca qaçmağa başlayıblar, tamahkar və laqeyd olublar. Hər şeyin günahkarı kapitalizmdir...[1] Cabir İmanov
B[redaktə]
- Böyük hakimiyyətə sahib olan şəxs ondan ehtiyatla istifadə etməlidir. Seneka
D[redaktə]
- Demokratiya - müddətsiz hakimiyyət deməkdir. Müəmmər əl-Qəzzafi
- Dəliyə qılınc, vicdansıza hakimiyyət verməkdən qorxulu nə ola bilər. Pifaqor
- Dünyada üç şey təhlükəlidir: bıçaq uşaq əlində, hakimiyyət axmaq əlində və tərif yaltaq dilində. Monqol atalar sözləri
Ə[redaktə]
- Ən böyük hakimiyyət özünə hakim olmaqdır. Seneka
H[redaktə]
- Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
- Hansı hakimiyyət güclüdür? - sualına Pittak qanunlarla yazılan hakimiyyət – cavabını vermişdir. Pittak
- Hökmdar 3 şeyi yadında saxlamalıdır: birincisi - o, insanları idarə edir, ikincisi - qanunlar ona Allah tərəfindən verilib, üçüncüsü - hakimiyyət əbədi deyil. Aqafon
- Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir. Platon
İ[redaktə]
- İqtidar iqtidara düşkün olmayan və iqtidardan gələcək faydalara ehtiyacı olmayanlara verilməlidir. Platon
K[redaktə]
- Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı. Jorj Sand
M[redaktə]
- Mənim üçün ən böyük təhlükə onda idi ki, mən əlimdə olan bütün hakimiyyət və nüfuza görə qazandığım çoxlu pullara borclu olduğumu etiraf etməli idim. Corc Soros
S[redaktə]
İstinadlar[redaktə]
- ↑ Cabir İmanov: Mən ədalətə inanıram
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014