Geri

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar

Mündəricat

A[redaktə]

B[redaktə]

  • Biz artıq küləyin, dənizlərin, günəşin enerjisini özümüzə tabe etmişik. İnsanın sevgi enerjisinə yiyələndiyi gün isə, öz əhəmiyyətinə görə odun kəşfindən geri qalmayacaq. Paulo Koelyo

Ç[redaktə]

D[redaktə]

  • Dünya istəkli olanlarla dolu; bəziləri işləməyə istəkli, geri qalanlar da onları öz hallarına buraxmağa. Robert Li Frost

E[redaktə]

  • Elə məğlubiyyətlər var ki, öz şərəf və şöhrətinə görə ən parlaq qələbələrdən də geri qalmır. Mişel de Monten

Ə[redaktə]

  • Ən sevdiyiniz insanlara da hər gün gedə bilməz azadlığını verin ki, geri qayıtmaq və yanınızda qalmaları üçün bir səbəbləri olsun. Tenzin Gyatso
  • Əvvəl sevdiyiniz tərk edər sizi, arxasından yuxunuz... Sonra nə sevdiyiniz gələr geri, nə də yuxunuz. Camal Sürəya

G[redaktə]

  • Gözəllik - qadınlara verilən ilk hədiyyə, eyni zamanda geri aldığı ilk şeydir. Çili atalar sözləri
  • Gözəllik təbiətin qadınlara verdiyi ilk hədiyyə, eyni zamanda geri götürdüyü ilk şeydir. İspan atalar sözləri
  • Güvən ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz. Uilyam Şekspir

H[redaktə]

  • Heç kim öz keçmişini geri ala biləcək qədər zəngin deyil. Oskar Uayld
  • Heç vaxt çıxdığın qapını bərk vurma, geri dönmək istəyə bilərsən. Don Herold
  • Həqiqətə yaxınlaşdıqca, sizin tənhalığınız daha da bütövləşəcək, tamamlanacaq. Əzəmətli, amma boş bir qəsr, addım səsləriniz, əks-səda verən boş otaqlarda dolanırsınız. Hava təmiz və donuqdur, sanki hər şey daşlaşıb. Hərdən gözləriniz dolur, sizi ağlamaq tutur. Geri dönmək istəyirsiniz, amma qəlbinizin dərinliyində bilirsiniz ki, artıq çox gecdir, geriyə yol yoxdur. Qorxmayın, davam edin. Ən çətini arxada qalıb. Əlbəttə, hələ həyat sizi incidəcək, amma onunla sizi indi çox az şey bağlayır. Unutmayın ki, siz artıq ölmüsünüz. İndi siz əbədiyyətlə təkbətək qalmısınız. Mişel Uelbek
  • Həyatın ilk əlli ili mətn, geri qalanı şərhdir. Artur Şopenhauer

M[redaktə]

  • Mən bir beyinəm, Vatson. Geri qalan sadəcə bir əlavə. Artur Konan Doyl
  • Mənim bütün marağım gələcəkdədir, çünki həyatımın geri qalanını orada keçirəcəyəm. Çarlz Katterinq

Y[redaktə]

  • Yaşadığımız dünyanı və həqiqəti eyni zamanda sevmək mümkün deyil. Siz artıq öz seçiminizi etmisiniz. İndi əsas məsələ seçiminizdən geri dönməməkdir. Mişel Uelbek

Z[redaktə]

  • Zamanın qarşısını almaq mümkün deyil. Bir səhv etdiyimizdə zamanı geri qaytarıb, hər şeyi yenidən başlaya bilmərik. Edə biləcəyimiz yeganə şey indiki zamandan yaxşı istifadə etməkdir. Tenzin Gyatso