Məzmuna keç

Düşmənçilk



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Alçalmanın açarı tamahdır, düşmənçiliyin açarı paxıllıqdır, peşmançılığın açarı şəhvətdir. Ərəb atalar sözləri
  • Başqa millətə nifrətlə və ya xeyirxah hisslərlə yanaşan millət müəyyən mənada kölədir. Bu cür millət öz düşmənçiliyinin, yaxud xeyirxah hisslərinin əsiridir. Milləti öz vəzifəsindən və maraqlarından uzaqlaşdırmaq üçün bu hisslərin biri də kifayətdir. Corc Vaşinqton
  • Bir dostla qarşıdurma dostluğu azaldır, düşmənlə mübahisə düşmənçiliyi artırır. Hüseyn Hilmi İşıq
  • Dinlə həqiqi elm arasında nə qohumluq, nə dostluq, nə də düşmənçilk var. Onlar müxtəlif planetlərdə yerləşir. Fridrix Nitsşe
  • Dostluğu düşmənçiliyə çevirmək asan, düşmənçiliyi dostluğa çevirmək çətindir. Jan Batist Kolbert
  • Dostluğun başlanğıcında yağ var, düşmənçiliyin başlanğıcında - qan. Monqol atalar sözləri
  • Düşmənçilk pisdir. Uilyam Şekspir
  • Düşmənçiliyin nəticələrindən biri də vicdanı boğmaqdır, çünki onu sakitləşdirməyin yeganə yolu budur. Ceyms Fenimor Kuper
  • Hər yerdə laqeydliyin və düşmənçiliyin hökm sürdüyü bu dünyada hər bir həqiqi sevgi yüksək qiymətləndirilməlidir. [1] Yohann Volfqanq Göte
  • İki mömin qadının dostluğu, açıq şəkildə düşmənçilk edən on yaramazın pisliyindən daha pisdir. Onore de Balzak
  • Qoy insanlar min bir körpülərlə, yollarla gələcəyə can atsınlar və onlar arasındakı düşmənçilk və bərabərsizlik daha da güclənməlidir. Mənim böyük sevgim məni məhz bu cür inandırır. Qoy onlar xəyali obrazlar, simvolları öz düşmənçilklərində kəşf etsinlər və o zaman onlar arasında böyük bir savaş baş verəcək. Fridrix Nitsşe

İstinadlar

[redaktə]
  1. [1]Цитаты и афоризмы.