İncəsənət

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bütün dahiyanə yaradıcılıqlarda dağıdıcı element olur — və məhz o, bizə həqiqi zövqü verir. Yalnız məsələ siyasətə və sosial həyata gəldikdə bu dağıdıcılıq yolverilməzdir. İncəsənət adlandırdığımız məfhumda dağıdıcılıq arzu olunan xarakteristikadır. Leonard Koen

E[redaktə]

  • Elm və incəsənət öz mənşələrinə görə bizim qüsurlarımıza borcludurlar. Əgər onlar öz mənşələri ilə bizim fəzilətlərə borclu olsaydılar, onların üstünlüklərinə az şübhə edərdik... Əgər insan ədalətsizliyi olmasaydı, hüquq bizə nə üçün lazım olardı? Jan Jak Russo

İ[redaktə]

  • İncəsənət böyük xəzinədir, amma elm ondan da böyükdür. Sokrat
  • İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır. Pablo Pikasso
  • İncəsənət daxili həqiqət olan yerdə yaranır. Oqust Rodin
  • İncəsənət də həyat kimi daimidir. Fyodor Şalyapin
  • İncəsənət dəhşətli xəstəlikdir, amma onsuz yaşamaq hələ ki, mümkün deyil. Salvador Dali
  • İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır. Onore de Balzak
  • İncəsənət gəncliyə tərbiyə, qocalığa qazanc, yoxsulluğa var-dövlət və var-dövlətə bəzək verir. Fridrix Şiller
  • İncəsənət heç vaxt insanı tək qoymayıb, həmişə onun tələbatlarına və idealına cavab verib, bu idealı tapmaqda ona kömək edib, insanla doğulub, onun tarixi həyatı ilə yanaşı inkişaf edib.Fyodor Dostoyevski
  • İncəsənət hər zaman yaxşı, müsbət və ya mənfi istiqamətdə çalışır: insanlarda ən yaxşı olan hər şeyin gözəlliyini ortaya qoyur və ya insanın ən pis çirkinliyinə gülür. Nikolay Qoqol
  • İncəsənət həyat həqiqəti ilə vəhdət təşkil edəndə gerçək incəsənət olur. Abay Kunanbayev
  • İncəsənət həyatı deyil, onun tamaşaçısını əks etdirir. Oskar Uayld
  • İncəsənət, həyatla barışmaqdır.Nikolay Qoqol
  • İncəsənət individualizmin bəşəriyyətə məlum olan ən güclü formasıdır. Oskar Uayld
  • İncəsənət, insan əzəmətinin təzahürüdür.Lev Tolstoy
  • İncəsənət insana yemək - içmək kimi lazımdır. Onu təcəssüm etdirən gözəllik və yaradıcılığıq tələbatı insanla ayrılmazdır və ola bilsin ki, insan onsuz yaşamaq istəməz.Fyodor Dostoyevski
  • İncəsənət, kahinləri olan dindir və onun qurbanları da olmalıdır. Onore de Balzak
  • İncəsənət qısqancdır, o tələb edir ki, insan özünü bütünlüklə ona həsr etsin. Mikelancelo
  • İncəsənət, millətin libasıdır.Onore de Balzak
  • İncəsənət naminə incəsənət. Latın atalar sözləri
  • İncəsənət naminə incəsənəti sevən insan ən böyük həzzi çox vaxt daha az əhəmiyyətli və parlaq təzahürlərindən alır. Artur Konan Doyl
  • İncəsənət nümunələrini, şah əsərlərini uyğun olmayan vaxtda eşitməkdən və dinləməkdən böyük səhv yoxdur. Məhz bir çoxları üçün. Aqata Kristi
  • İncəsənət üçün çox şey, ən başlıcası isə od lazımdır! Lev Tolstoy
  • İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır.Oqust Rodin
  • İncəsənətdə hər şeydən bir az.Lev Tolstoy
  • İncəsənətə gərəksiz şey lazım deyil. Məni isə gərəksiz şeylər cəlb edir: gərəksiz olduğu qədər daha güclü şəkildə. Salvador Dali
  • İncəsənəti zülmkar da, cani də sevməlidir... Şekspirə, Bethovenə heyran olan insanlar Şekspirin, Bethovenin oyatdığı fikirlərinə, istəklərinə eyni ilə sevənlərin predmeti yox, ona səbəb olan şeyləri sevdikləri kimi heyran olurlar. Bu cür heyranlıqda incəsənətin həqiqi reallığı olmasa da, tam bir sonsuzluğu var.Lev Tolstoy
  • İncəsənətin böyük predmetləri ona görə böyükdür ki, onlar əlçatan və hamıya anlaşılandır.Lev Tolstoy
  • İncəsənətin vəzifəsi təbiəti köçürmək yox, ifadə etməkdir. Biz, şeylərin, varlıqların mənasını, görünüşünü ağlımızla dərk etməliyik.Onore de Balzak

K[redaktə]

  • Köhnə mebellərə, ofort və incənəsət əsərlərin olduğu mağazaların yerləşdiyi Paris küçələri rəsmi muzeylərdən fərqli olaraq əsl muzeyi özündə təcəssüm etdirir.Oqust Rodin

P[redaktə]

  • Paltarın yuxarısını tikmək pyesin ilk aktını yazmaq qədər asandır. İncəsənət – onu necə bitirməyindədir. Koko Şanel

R[redaktə]

  • Rəssam mövcud obyekt və onun vasitəçiliyi ilə obyektin interpretasiyası (təqlidi) arasındakı fərqi öyrənməlidir. Rəssam alovu etməzdən əvvəl qığılcımı yaratmalı; incəsənət doğulmamışdan əvvəl isə öz yaradıcılıq alovunu söndürməyə hazır olmalıdır.Oqust Rodin

Y[redaktə]

  • Yalnız incəsənət vasitəsilə biz öz mükəmməliyimizin fərqinə vara bilərik.Oskar Uayld

İstinadlar[redaktə]