Məzmuna keç

Yaradıcılıq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir saat yaradıcı düşünmək altmış il ibadətdən üstündür. Məhəmməd
  • Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, dəli olarlar. Tur Xander
  • Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?" Artur Şopenhauer
  • Elm bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah-sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə-sahman yaratmaqdır. Əbu Turxan
  • Əgər xalqı zəhmətkeş və yaradıcı etmək istəyirsinizsə, ona bayram etmək imkanı verin. Jan Jak Russo
  • Əgər Tanrı və insanlıq, sizlərin də doğruladığı kimi, bir bütünlük olsalar, mənim də onlardan əskik bir tərəfim yoxdu və "boş" olduğuma dair bir şikayətim də yoxdur. Mən heçəm deyərkən, boş olduğumu demirəm, şəxsən yaradıcı bir heçəm, bir yaradıcı olaraq hər şeyi yaradan bir heç. Maks Ştirner
  • Əmək yaradıcı insanın qüdrəti və sevincidir. Romen Rollan
  • Filosoflar heç də həmişə fəlsəfi yaradıcılıq məqamında olmurlar. Lakin bircə dəfə də bu məqama yüksəlmiş adam ömrü boyu filosof adlandırılmağa layiqdir. Əbu Turxan
  • Hər cür elmi irəliləmənin tərəfdarıyam, amma irəliləmə, yaradıcı insanların əlində olmalıdır… irəliləmə, müharibə deyə bağıranların əlində olmamalıdır. Oşo
  • İnam-ən qüdrətli yaradıcı qüvvədir. Maksim Qorki
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
  • İşıq, sevgi və yaradıcılıq, heç kimə hökm etməklə maraqlanmaz. Nə üçün? Başqası başqasıdır; nə sən kiməsə hökm etmək istəyərsən, nə də başqasının sənə hökm etməyini istəyərsən. Azadlıq, sadəcə birazca oyanıq olmağın ləzzətidir. Oşo
  • Mən və mənim köməkçilərim heç vaxt zorakılığa, şantaja, satqınlığa, təxribata, terrora və başqa çirkin vasitələrə əl atmadılar. Əvəzində biz böyük yaradıcı kəşf, dərin təhlil, sərt intizamdan nöqsansız məxfi məlumatlardan istifadə etdik. Rixard Zorge
  • Rəssam mövcud obyekt və onun vasitəçiliyi ilə obyektin interpretasiyası (təqlidi) arasındakı fərqi öyrənməlidir. Rəssam alovu etməzdən əvvəl qığılcımı yaratmalı; incəsənət doğulmamışdan əvvəl isə öz yaradıcılıq alovunu söndürməyə hazır olmalıdır. Oqust Rodin
  • Sənət əsəri sənətkarın yaradıcı təxəyyülünü hər dəfə yenidən canlandırmaqla zamanlar arasında virtual rabitə yaradır. Tur Xander
  • Sizin bildiyiniz hər bir şey illər boyu topladığınız təcrübənin nəticələridir. Amma keçmiş qərarlar elə keçmiş məsələlər üçün keçərlidir. Əgər yaradıcılıq inkişafı istəyirsinizsə, bir müddətliyinə zəngin təcrübənizi unudun! Paulo Koelyo
  • Yaradıcı, ağıllı bir insan güc arxasınca qaçmaz. Ağıllı insan başqaları üzərində hakimiyyət qurmaqla maraqlanmaz. Onun maraqlandığı mövzu, özünü bilməkdir. Bu səbəbdən, ən yüksək zəka xüsusiyyətinə sahib olan insanlar mistisizmə yönələr, ən çoxu güc arxasınca qaçar. O güc dünyəvi, siyasi ola bilər; pul ola bilər, milyonlarla insan üzərində ruhsal hakimiyyət qurmaq ola bilər, amma əsl istək, daha daha çox insana hökm etməkdir. Oşo
  • Yaradıcılıq, lider olmaq və izləyən olmaq arasındakı fərqdə gizlidir. Stiv Cobs
  • Yaradıcılıq varlığın ən böyük üsyanıdır. Əgər yaratmaq istəyirsənsə, bütün şərtlərdən xilas olmağa məhkumsan. Əks təqdirdə yaradıcılığın kimdənsə köçürtməkdən başqa bir şey olmayacaq. Oşo
  • Yaradıcılıq, yalnız obyektləri bir-birinə bağlamaqdır. Yaradıcı qabiliyyətə sahib olan insanlara bir şeyi necə etdiklərini soruşduğunuzda, bu mövzuda özlərini bir az günahkar hiss edirlər, çünki əslində onlar nəsə etmədilər, sadəcə nələrisə gördülər. Stiv Cobs
  • Yox etmə ehtirası eyni zamanda yaradıcı bir ehtirasdır. Mixail Bakunin