Etibarlı
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamın öz düşüncəsi ən etibarlı köməkdir. Fabrisi
- Azadlıqların artması daha etibarlı və daha yaxşı bir dünyaya gedən yoldur. İngilis atalar sözləri
B
[redaktə]- Başqasına qulluq göstərən etibarlı dostdur.Çünki, o, sonrakı xidmətləri ilə də layiq olduğu minnətdarlığı saxlamağa çalışır. Əksinə, mərhəmət göstərən insan daha az qısqanc olur. Çünki, o başa düşür ki, xeyirxah əməli dostluğa görə yox, vəzifəsinə görə edir. Fukidid
- Bir çox insanlarla münasibətləri pozmağın ən qısa və ən etibarlı yolu onlara onlar haqqında bütün həqiqəti söyləməkdir. Əli Abşeroni
- Bir insan işindən imtina edə bilməyəcəyini hiss etdikdə, bu, yaxınlaşan bir çöküşün etibarlı bir əlamətidir. Luis Brandays
- Bir tərcümeyi-hal heç vaxt tamamilə etibarlı deyil. Heç kim öz həyatı ilə bağlı düzgün fikir əldə edə bilməz. Hər bir fakt xəyalla rənglənir. Klerens Derrou
- Birinə sirr tapşıranda, o bu sirri lovğalığı üzündən yayır, yəni gör necə etibarlı adamam ki, mənə sirr tapşırırlar.[1] Samuel Conson
- Birisinin etibarlı olub-olmadığını müəyyən etmək üçün ən yaxşı üsul ona etibar etməkdir. Ernest Heminquey
- Bundan 20 il sonra etdiklərinə görə yox, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf et. [2] Oldos Haksli
D
[redaktə]- Dəniz xəstəliyi üçün etibarlı bir müalicə ağacın kölgəsi altında oturmaqdır. Spayk Milliqan
Ə
[redaktə]- Əgər hər hansı bir dövlət yalnız xalqın hökmdarlarına həvalə edilmişdirsə, o dövlət deqradasiya edir. Yalnız xalqın özü hakimiyyətin və xalqın etibarlı qoruyucusudur. Tomas Cefferson
H
[redaktə]- Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir.[3] Abdullah Gül
- Hər düşündüyünü etibarsız adama demə, lakin etibarlı adamdan da gizlətmə. Nuşirəvan Adil Xosrov
- Həyatınız boyu həqiqətə hörmət edin ki, sözləriniz başqalarının vədlərindən daha etibarlı olsun. Sokrat
- Hirs: düşüncəli bir insanın etibarlı şəkildə qarşı çıxa bilməyəcək qədər şiddətli bir düşmənə qarşı hiss etdiyi hissdir. Ambroz Birs
İ
[redaktə]- İfadənin etibarlı bir mənbəyə söykənməsi danışanın düşüncəsinə qanad verdiyi kimi, musiqi də duyğulara qanad verir. Yohann Volfqanq Göte
- İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
K
[redaktə]- Keçmişdə mən də texnoloji yardıma qarşı idim. Ancaq köhnə mövqelərdən yapışmaq səhv olardı: məqsədimiz futbolu daha şəffaf və etibarlı etmək, hakimlərə kömək etməkdir. Yozef Blatter
- Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır. Artur Şopenhauer
- Kitablar soyuq, amma etibarlı dostlardır. Viktor Hüqo
Q
[redaktə]- Qadınları mükəmməl bərabərlik içində qəbul etmək sivilizasiyanın ən etibarlı əlaməti olardı və bəşəriyyətin intellektual qüvvələrini ikiqat artırardı. Stendal
M
[redaktə]- Miletli Fales, şübhəsiz ki, müdrikliyi ilə məşhur olan bu yeddi adamın ən əhəmiyyətlisi idi - və əslində o, yunanlar arasında həndəsənin ilk kəşfçisi, təbiətin ən etibarlı müşahidəçisi, ulduzların ən bilikli şagirdi idi: bir neçə sətirlə o, çox böyük şeylər kəşf etdi, fəsillərin uzunluğunu, küləklərin əsməsini, ulduzların yolunu, ildırımın heyrətamiz gurultusunu, bürclərin əyri kursunu, günəşin illik qayıdışını; yüksələn ayın böyüməsini, azalan ayın azalmasını və batan ayın maneələrini kəşf edən o idi. Apuley
- Mülayimlik qüsurlardan etibarlı müdafiə kimi xidmət edir. Leonardo da Vinçi
P
[redaktə]- Pulunuzu ikiqat etməyin ən etibarlı yolu onu ikiyə qatlayıb cüzdanınıza qoymaqdır. Kin Hubbard
S
[redaktə]- Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur. Ziqmund Freyd
- Səni orda buraxsaydım Hal-hazırda Creedy nin sorğu hüceyrəsində olardın,səni tutardılar, işgəncə edərdilər və məni tapmaq uğruna bəlkə də öldürərdilər.Sənin mənə köməyindən sonra səni buraxa bilməzdim, məndə səni etibarlı ola biləcəyini düşündüyüm tək yerə gətirdim, bəli, evimə. V for Vendetta
Y
[redaktə]- Yalnız o müdafiə yaxşı, etibarlı və möhkəmdir ki, sənin özündən və cəsurluğundan asılı olmuş olsun. Nikkolo Makiavelli
- Yetkinliyin ən etibarlı əlaməti qocalıq deyil, şəhərin mərkəzində, gur küçədə alt paltarında yuxudan oyananda itməmək bacarığıdır. Vudi Allen
- Yoxsulluqda və digər bədbəxtliklərdə həqiqi dostlar etibarlı sığınacaqdır. Aristotel
- Yoldaş Stalinin uğurdan başgicəllənmə adlandırdığı xəstəliyə qarşı ən etibarlı, ən davamlı və yeganə müdafiə vasitəsi özünütənqiddir. Sergey Kirov
İstinadlar
[redaktə]- ↑ Xəzinə. Bakı, 1997. səh.56
- ↑ [1]Oldos Hakslidən...
- ↑ Abdullah Gül, Türkiyə Respublikasının Prezidenti