Məzmuna keç

Tayfa



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başçı hər bir halda hakimiyyətdən sui-istifadə etməməlidir. Belə hallar ciddi ixtilaflar yarada bilər, tayfada və ya millətdə qiyama gətirib çıxara bilər. Atilla
  • Başçı tayfada əxlaq və intizamı formalaşdırmaq üçün var gücü ilə çalışmalı, sonra isə yorulmadan onu möhkəmləndirməlidir. Atilla
  • Başçı var gücü ilə çalışmalıdır ki, tayfada intizam və əxlaq formalaşsın, sonra isə yorulmadan onu möhkəmləndirməlidir. Atilla
  • Bütün rəqiblərinizi düşmən hesab etməyin. Tayfa daxilində və ondan kənarda digərləri ilə qarşıdurma da çox faydalı və dostcasına ola bilər. Atilla
  • Həqiqət elm təhsil etməyi başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır. Həsən bəy Zərdabi
  • Hər şeydən əvvəl rəhbərlik etməyə can atan tayfa üzvlərinin hörmətini qazanmaq, mütləq onu şərəflə və vicdanla qazanmaq üçün inkarolunmaz istəyə malik olmalıdır. Atilla
  • Hunun xeyrinə nə varsa, bütün xalq üçün də xeyirli olmalıdır. Və əksinə, tayfa və xalq üçün nə faydalıdırsa, Hun üçün də faydalı olmalıdır, əks halda, о, romalıların yanına qaçacaq. Atilla
  • Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki ədəbiyyat nə olduğunu bilməzlər. Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və ədəbi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyəsinin asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin. Firidun bəy Köçərli
  • Onlar Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim soğd nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu torpaqdan çıxmışdılar. Bəzi mənbələrdə türk kimi anılıblar, lakin onu da qeyd etmək lazımdır ki, o vaxtı ərəblər Orta Asiyadan çıxan bütün xalqları, tayfaları türk sayırdılar.[1] Vladimir Minorski
  • Rəhbər tabeliyindəkilərin fərasət və ixtiraçılığını mükafatlandırmalıdır, belə ki, yalnız söylənilən keyfiyyətlər tayfanın və ya millətin işinin ziyanına istifadə olunmur. Atilla
  • Rəhbərlik etməyə can atan, hər şeydən əvvəl, tayfa üzvlərinin hörmətini qazanmalıdır. Onu şərəf və vicdanla qazanmaq üçün isə mütləq güclü istək olmalıdır. Atilla

İstinadlar

[redaktə]
  1. V. Minorsky. Studies in Caucasian history. — Cambridge University Press, 1957. — С. 111.