Məzmuna keç

Canlı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azərbaycanda yerin altı tükənməz xəzinə, üstü canlı muzeydir. Həsən Əliyev
  • Bütün canlı məxluqların qəribə bir qüsuru var. Bu, sirli, naməlum və anlaşılmazlıqlar qarşısında təbii bir qorxu, vahimə, tabe olmaqdır. Qorxudan, dəhşətdən maarifdən, elmdən istifadə etməklə xilas olmaq olar. Qay Yuli Sezar
  • Bütün canlı varlıqlar arzularla ovsunlanıb. Çanakya
  • Canlı Allah görmək istəyən onu şüurunun bomboş fəzasında yox, sadə insan sevgisində tapacaq. Fyodor Dostoyevski
  • Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqlərinin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison
  • Əmək nəzəriyyə ilə təcrübənin canlı vəhdətidir. Aristotel
  • Həyat ziddiyyətlərlə irəliləyir və canlı ziddiyyətlər insan ağlının əvvəlcə zənn etdiyindən qat-qat zəngin, çoxçəhətli və məzmunludur. Vladimir Lenin
  • Həyatı çox ciddi qəbul etməyin. Daha ondan canlı xilas olan olmadı. Elbert Habbard
  • Xudpəsəndlik -canlı varlığın ən böyük yoxsulluğudur. Fridrix Şiller
  • İdeyalar da canlı varlıqlara bənzəyir: onlar da doğulur, böyüyür, güc toplayır, digər ideyalarla toqquşur və sonda məhv olurlar. Bernar Verber
  • Kitab, həyatın insan kimi eyni fenomenidir, o da canlı, danışan bir faktdır və bir insanın yaratdığı və yaradacağı şeylərdən heç də az əhəmiyyətli bir şey deyildir. Maksim Qorki
  • Məbədin içərisində yalnız ömrü boyu orada olmayan ölülər və ölümündən sonra demək olar ki, həmişə oradan qovulan bir neçə canlı insan yaşayır. Jan Leron Dalamber
  • Partiya təlimatçılarımızın işini sərt tənqid əsasında düzgün qura bilsək, bütün kommunistləri, komsomolçuları, kolxozçuları birləşdirə bilsək, yaxşı, yaradıcı, canlı, bolşevik fəaliyyət nümayiş etdirsələr, sizi əmin edə bilərəm Ki, inkişaf mərhələmizdə indiki zamanda kənd yerlərində möcüzələr yarada biləcəyik. Sergey Kirov
  • Sevmək cəsarət tələb edir, amma sevgidən gələn ağrı, sevənlərin səxavətlə bildiyi təmizləyici atəşdir. Biz hamımız ağrıdan o qədər qorxan insanları tanıyırıq ki, özlərini qabığın içindəki giləmeyvə kimi bağlayırlar və heç bir şey verməyək, heç nə qəbul etmirlər və buna görə də həyat sadəcə canlı ölüm olana qədər kiçilirlər. Eleanora Ruzvelt

İstinadlar

[redaktə]