Yanlış

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • “Başından yuxarı tullana bilməzsən” ifadəsi sizə tanışdır? Bu yanlış fikirdir. İnsan hər şeyi edə bilər. Nikola Tesla
  • Bədbəxtlik yanlış düşüncələrin məhsuludur və bizim özümüzdən qaynaqlanır.[1]Tomas Qonzaqa
  • Bəziləri elə düşünür ki, pulla məhəbbəti almaq mümkündür. Bu yanlış fikirdir. Pulla məhəbbəti almaq olmaz. Vanqa
  • Bizə öz etibarlarını hədiyyə edən insanlar elə düşünürlər ki, bununla bizim etibarımızı qazanırlar. Bu yanlış bir bir nəticədir. Hədiyyələrlə etibar qazana bilməzsən. Fridrix Nitsşe
  • Buna görə də çoxluğun bir fikrə inanması, bu fikrin doğru olduğuna dəlalət etməz. Bəşəriyyətin əksər hissəsi cahil olduğundan hamı tərəfindən qəbul edilən bir fikrin yanlış olmaq ehtimalı daha çoxdur. Bertran Rassel

D[redaktə]

  • Digərinin etdiyi hər bir şey bizə yanlış görünür; amma elə ki, işin arxasına özün keçdin, onda vəziyyəti iki qat pisləşdirmiş olacaqsan. İvan Krılov
  • Dil nöqsanlı olarsa, sözlər düşüncəni yaxşı anlada bilməz. Düşüncə yaxşı anlaşılmazsa, edilməsi lazım olan şeylər yaxşı edilməz, vəzifələr yaxşı yerinə yetirilməz. Vəzifələr lazımi şəkildə yerinə yetirilməzsə, adətlər və mədəniyyətlər pozular. Adətlər və mədəniyyətlər pozularsa, ədalət yanlış yola düşər. Ədalət yolundan çıxarsa, çaşqınlıq içinə düşən xalq nə edəcəyini, işin haraya varacağını bilməz. Deməli: cəmiyyətdə heç bir şey dil qədər əhəmiyyətli deyil. Konfutsi
  • Doğru insan, yanlış zaman. Doğru zaman, yanlış insan... Həyat belə oyunlar oynayar hər zaman. Pol Oster
  • Doğru vaxtda gələn yanlış insana verdiyin şansı, yanlış zamanda gələn doğru insana verməyincə əziyyət çəkən sən olarsan. Anton Çexov
  • Doğru və ya yanlış olmasından asılı olmayaraq bəzən nəsə bir şey sındırmaq insanı çox məmnun edir. Fyodor Dostoyevski

E[redaktə]

  • Eksperimentlə yanlış nəzəriyyənin oxşarlığı heç nə sübut etmir, çünki axmaq nəzəriyyələr arasında eksperimentlə uyğunlaşan müəyyən sayda nəzəriyyə həmişə tapılacaq. Nils Bor

Ə[redaktə]

  • Ədalət üçün ən gizli təhlükə qabaqcadan əmələ gəlmiş yanlış fikirdir. Öz fikrini mütləq həqiqət hesab etmə. Çünki, həqiqətlər dəyişkəndir. Jan Jak Russo
  • Əgər ağıl sənə dünyadakı yerini və təyinatını göstərmirsə, buna səbəb dünyanın axmaq quruluşu, sənin ağlın yox, sənin ona verdiyin istiqamətin yanlış olmasıdır. Lev Tolstoy
  • Əgər qəlbin yanlış yollara üz tutursan bil ki, yer üzündə sənə qəlbindən başqası düşmən deyildir. Əbülqasım Firdovsi
  • Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
    • Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
    • İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
    • Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır. Nəsirəddin Tusi
  • Əvvəla həqiqəti bilmək lazımdır. Doğru bilinərsə, yanlış da bilinər. Fərabi

H[redaktə]

  • Heç kimlə yanlış və insafsız davranma. I Osman
  • Həqiqət - küfr kimi yaranır və yanlış fikir kimi ölür. Georq Vilhelm Fridrix Hegel
  • Həqiqət səhvləri, yanlış fikirləri o dərəcədə dağıdır ki, yalanla yaşayanlar ona qarşı üsyan edir və onu öldürmək istəyirlər. Onlar hər şeydən əvvəl həqiqəti daşıyana hücum edirlər. Onore de Balzak
  • Həqiqəti həmişə təkrarlamaq lazımdır, çünki ətrafımızda daim yanlış fikirləri təbliğ edirlər. Yohann Volfqanq Göte
  • Həyatda demək olar ki, bütün bədbəxtliklər başımıza gələnlər barəsində yanlış təsəvvürlərdən irəli gəlir. Deməli, hadisələr haqqında insanların dərin bilikləri və sağlam düşüncələri bizi xoşbəxtliyə yaxınlaşdırır. Stendal

X[redaktə]

  • Xəyal ağlın ayaqlarıdır. Əgər onu cilovlamasaq, ağıl yanlış yolla aparar. Xun Tszi-En

İ[redaktə]

  • İnadkarlıq sayəsində hər şey, istər yaxşı olsun ya pis, istər düzgün olsun ya yanlış, sizin üçün əlçatan olacaq. Devid Rokfeller
  • İnsanın xoşbəxtliyi haqqında yanlış və təəccüblü olan bir şey var: onun heç nə etməməsi. Lev Tolstoy
  • İnsanlar çox vaxt yanlış ölçü standartlarına müraciət edirlər. Məsələn, özləri güc, müvəffəqiyyət və var-dövlət dalınca qaçdıqları vaxt bu cür davranan başqa insanları da təqdir edirlər. Lakin bu həyatda həqiqi dəyərə malik olan şeylərə layiqincə qiymət vermirlər. Ziqmund Freyd
  • İnsanlar yaxşı bildiklərini düzgün, yaxşı bilmədiklərini yanlış hesab edirlər. İbn Ərəbi

K[redaktə]

  • Kəskin qısqanclıq ona rəhbərlik edən şübhənin ardınca yanlış addımlarla addımlayır. Onun qarşısında əlində xəncər, zəhərini tökə-tökə nifrət və qəzəb, ardınca isə peşmanlıq gedir. Volter

Q[redaktə]

  • Qorxu - qabaqcadan yanlış fikirdə olmanın və qəddarlığın əsas mənbələrindən biridir. Mark Tven

N[redaktə]

  • Nazı öz silahı seçən qadınlar yanlış yol ilə gedir. Onlar az adamlarda böyük ehtiras alovlandıra bilər və ona görə yox ki, onlar, hesab edildiyi kimi yüngülxasiyyət deyillər, yalnız ona görə ki, heç kim səfeh vəziyyətdə qalmaq istəmir. Lyuk de Klapye Vovenarq

S[redaktə]

  • Sağlam düşüncə- bu, on səkkiz yaşına qədər qazanılmış yanlış fikirlərin cəmidir. Albert Eynşteyn

Ş[redaktə]

  • Şənliyi yanlış qiymətləndiririk. Nə qədər tez-tez əylənirsiniz? Həyat çox qısadır, siz ondan zövq almalısınız. Və başqalarının sizin haqda nə düşünəcəyi barədə narahat olmayın. Sadəcə zövq alın. Barie Davenport

Y[redaktə]

  • Yalnız olmaq, yanlış yerdə və səhv bir ürəkdə olmaqdan yaxşıdır. Çarlz Bukovski
  • Yanlış Bağdaddan dönər. Azərbaycan atalar sözləri/Y
  • Yanlış düşüncədə qalmaqdansa fikrinizi dəyişdirmək daha yaxşıdır. Sokrat
  • Yanlış hesab Bağdaddan qayıdar. Azərbaycan atalar sözləri/Y
  • Yanlış izah edilməməsi üçün heç nəyi dəqiqliklə demək mümkün deyil. Benedikt Spinoza
  • Yaşlılar hər zaman pula qənaət etməyi məsləhət görürlər. Bu yanlış nəsihətdir. Qəpikləri gizlətməyin. Özünüzdən əlavə edin. Mən 40 yaşına qədər heç zaman qənaət etmədim. Henri Ford
  • Yazıçı ictimai xadimdir və əgər o, səhv edərsə, insanları yanlış yola sövq edər. [2] Anri Barbüs

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.40
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005