Vanqa

Vikisitat saytından
Jump to navigation Jump to search

Vanqa - (Vangelia Pandeva Dimitrova) - (31 yanvar 1911 - 11 Avqust 1996) - bir çox hadisələrin baş verəcəyini əvvəlcədən söyləyən bolqar qadın.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Axmaq adamlarla mübarizə aparmayın, mübahisə etməyin, onları düzəltməyə, dəyişməyə calışmayın. Çünki onlar xəstə yox, sadəcə səfehdirlər.
  • Asudə olmaq istəyirsinizsə hədər və boş yerə vaxt itirməyin.

B[redaktə]

  • Bəziləri elə düşünür ki, pulla məhəbbəti almaq mümkündür. Bu yanlış fikirdir. Pulla məhəbbəti almaq olmaz.
  • Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin.

Ç[redaktə]

  • Çəkişmələrə son verin, bir-birinizi sevin. (Son sözləri)

E[redaktə]

  • Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır.

H[redaktə]

  • Heç vaxt aldatmayın. Kiçik yalanlar belə böyük bədbəxtliyə səbəb ola bilər.
  • Heç vaxt unutmayın, Allah kimə daha çox imkan və qabiliyyət verirsə, ondan da daha çox cavabdehlik tələb edir.
  • Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşimançılıq keçirməyəcəksiniz.
  • Həyatınızda baş verən kədərli hadisələri sakit ürəklə qarşılayın. Heç nə və heç kim əbədi deyil. Bu kədər də ötüb geçəcək.

X[redaktə]

  • Xətrinizə kimsə dəyəndə, sizi kimsə incidəndə cavab verməyin. Vaxtınıza və əsəblərinizə qənaət edin.

İ[redaktə]

  • İnsanları mühakimə etməyə tələsməyin. Hər bir insanın özünəməxsus heç də asan olmayan həyatı var.

K[redaktə]

  • Keçmişinizdə baş vermiş hadisələrə görə peşmançılıq hissi keçirməyin, baş vermiş dəyişikliklərdən şikayətlənməyin.
  • Kiçik yaşlarından uşaqları zəhmətə alışdırın. Əgər siz özünüz zəhmət çəkməyi sevmirsinizsə, bununla uşaqlarınıza pis nümunə göstərirsiniz.

Q[redaktə]

  • Qarşınıza gücünüz çatmayan, həlli mümkün olmayan vəzifə qoymayın. Çünki o vəzifənin öhdəsindən gələ bilməyəndə özünüzdən gileylənməyə başlayacaqsınız.

N[redaktə]

  • Nə isə deməzdən əvvəl yaxşı-yaxşı düşünün. Dediyiniz söz sizə xoşbəxtlik gətirməklə yanaşı, həyatınıza bədbəxtlik və bəlalar da gətirə bilər.

S[redaktə]

  • Sevdiyiniz insanlara diqqət və hörmətlə yanaşın, onları dinləməyi bacarın.
  • Səhərinizi təbəssümlə açın. Təbəssümlə açılan səhər sizə gün ərzində uğur və sevinc gətirəcək.

T[redaktə]

  • Tez-tez ürəyinizin səsinə qulaq asın, görün o sizə nə deyir.
  • Tələsin, amma həmişə ağılla tələsin.
  • Tənbəlliyin daşını atın. Təbiət öz hərəkətində dayanmaq və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə sərt cəzalandırır.