Bayram
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Barbara su üzərində keçsə, Milad bayramı da buz üstə keçər. (Barbara - Polşada müqəddəs Barbaranını şərəfinə hər il 4 dekabrda qeyd olunan milli bayram) Polşa atalar sözləri
- Bayram axşamı bayram günündən yaxşıdır. Yapon atalar sözləri
- Bayram- bu, icazə verilmiş məcburi tədbirdir.[1]Ziqmund Freyd
- Bayram sümüyü ilə köpək kökəlməz.Azərbaycan atalar sözləri/B
- Bayramın ən fərəhli vaxtı bayram axşamıdır. Fin atalar sözləri
- Bizim də küçədə bayram olar.Rus atalar sözləri
- Bizim evdə də bir gün bayram olar.Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
D[redaktə]
- Dost gəlişi bayram olar.Azərbaycan atalar sözləri/D
- Dövlətliyə gündə bayram, gündə toy; kasıba gündə həsrət, gündə vay. Tatar atalar sözləri
E[redaktə]
- Ehtiras: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir. Fridrix Nitsşe
Ə[redaktə]
- Əgər xalqı zəhmətkeş və yaradıcı etmək istəyirsinizsə, ona bayram etmək imkanı verin.Jan Jak Russo
G[redaktə]
- Gün keçər ömür gedər, dəli sevinər ki, bayram gəlir.Azərbaycan atalar sözləri/G
Q[redaktə]
- Qəbul olunub ki, bayramlarda başçı özünün yaxşı xəzini və gözəl işlənmiş dəri paltarını geyinsin. Amma çox bahalı paltarla öz üstünlüyünü göstərmək yalnız toplaşanların nifrətinə səbəb olur, onları bayram əhvali-ruhiyyəsindən yayındırır. Atilla
- Qurbansız bayram olmaz. Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
O[redaktə]
- Orucu, gecələr etdiyi ibadəti Allah tərəfindən qəbul olunmuş şəxs üçün bayramdır. Hansı gün Allaha üsyan edilməzsə, o gün bayram sayılır. Əli
S[redaktə]
- Səhvlərə yol veilsə belə, böyük əməllər etmək, böyük qələbələri bayram etmək, nə böyük sevinc, nə böyük bədbəxtlik bilməyən adi insanlar sırasına qoşulub, qələbəsi, məğlubiyyəti olmayan boz bir həyat yaşamaqdan daha yaxşıdır. Teodor Ruzvelt
T[redaktə]
- Tənbəl üçün həftədə yeddi bayram olur.Alman atalar sözləri
- Toy - bayram bizin küçədə də olar.Azərbaycan atalar sözləri/T
- Toydan sonra nağara, xoş gəldin, bayram ağa. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək