Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
Görünüş
Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Həmçinin baxın: Haqqında • |
- Ağalıq verimlədir, igidlik vurumla.
- Ağac əyildi, sındı, igid əyildi, öldü.
- Aydan arıyam, sudan duru.
- Alıcı quş dimdiyindən bilinər.
- Alnım açıq, üzüm ağ.
- Araba qoş, çarxa dur, mərd igidə arxa dur.
- Aslanın nə erkəyi, nə dişisi.
- Asta vur, rasta vur.
- At ət ilə, igid don ilə.
- At ölər nalı qalar, igid ölər namı qalar.
- Beş günün yarağı, bir günün gərəyi.
- Bir igid qırx ildə meydana gələr.
- Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
- Bir qorxaq bir ordunu bada verər.
- Vura bilməyən, daşın böyüyünü götürər.
- Vuran igid dayısına gəyişməz.
- Vuraram ölər, kiş deyərəm getməz.
- Vur qırxı, gedər qorxu.
- Vur deyənlə, vuran yarıdır.
- Qapan it dişin göstərməz.
- Qaçanı qovmazlar.
- Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.
- Qorxaq qaçar hay gəlməmiş, çırmanar keçməyə çay gəlməmiş.
- Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.
- Qorxaq nə zərər eylər, nə mənfəət.
- Qorxaq hər şeyi dörd görər.
- Qorxaq öz kölgəsindən də qorxar.
- Qorxan gözə çöp düşər.
- Qorxan öküz cütə getməz.
- Qorxu adama yalan söylədər.
- Qorxu başa bəladır.
- Qorunan baş salamat olar.
- Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən.
- Qoçdan qoç törəyər.
- Qoç döyüşünə qoç dözər.
- Qoç igid qurddan çəkinməz.
- Qurbansız bayram olmaz.
- Qurddan qorxan qoyun saxlamaz.
- Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.
- Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.
- Dağlar başına qış, igid başına iş.
- Zəri də var, zoru da.
- Yanında igid olsun, kol dibi evin olsun.
- Yaxşı at nalı gözlər, yaxşı igid dalı.
- Keçmə namərd körpüsündən qoy aparsın sel səni, yatma tülkü daldasında qoy yesin aslan səni.
- Namərddın keç, mərddə dur.
- Namərdə yaxa vermə, mərdə arxa ol.
- Namərdi bir gördüm, bir də görsəm namərdəm.
- Namərdin otağından, mərdin ağac kölgəsi.
- Namərdin plovundan, mərdin qaşıq aşı.
- Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala.
- Namərdə tuş gələnin işi düyünə düşər.
- Pis iş mərdə ar olar, namərd gözü dar olar.
- Təkədə qoç hünəri olmaz.