İgid
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamı "igid" deyib candan elərlər, "comərd" deyib - maldan. Türk atalar sözləri
- Ad-san igidə yaraşıqdır. Tatar atalar sözləri
- Axırını düşünə-düşünə döyüşə girəndən igid olmaz. Şeyx Şamil
- Axmaq itiləyən xəncər, igid xəncərindən qorxulu olar. Çeçen-inquş atalar sözləri
- Ağac əyildi, sındı, igid əyildi, öldü. Azərbaycan atalar sözləri/A
- Ağacın qurdu özündə olur, igidin kəmi sözündə olur. Türk atalar sözləri
- Araba qoş, çarxa dur, Mərd igidə arxa dur. Azərbaycan atalar sözləri/A
- Arvad ilə at igidin baxtına. Azərbaycan atalar sözləri/A
- At dişindən tanınar, igid işindən. Tatar atalar sözləri
- At qocalar, meydan qocalmaz: igid qocalar, zaman qocalmaz. Türkmən atalar sözləri
- At ölər nalı qalar, İgid ölər namı qalar. Azərbaycan atalar sözləri/A
- At yorulandan sonra fikrini de, igid qocalandan sonra. Qırğız atalar sözləri
- Atı igid altında tanıyarlar. Əfqan atalar sözləri
- Atı qamçı qovar, igidi - həya. Azərbaycan atalar sözləri/A
- Atın ad-sanı igidin əlindədir, igidin ad-sanı öz əlində. Başqırd atalar sözləri
- Atın şöhrəti igidin əlində, igidin şöhrəti öz əlində. Tatar atalar sözləri
- Azərbaycan xalqı dünyanın ən igid, comərd, çalışqan və anlayışlı xalqlarındandır. Tarixin faciəsi onu parçalamışdır. [1] Cavad Heyət
B
[redaktə]- Bəla igidin başına gələr. Kürd atalar sözləri
- Bir alimdən "İçkiyə niyə nifrət edirsən?" deyə soruşduqda o demişdir: "Çünki hətta kralları diz çökdürən igidlər də içkiyə məğlub olurlar".[2] Simona Veyl
- Bir igid ki, qatarından üzülə,
Ölüm yeydi, bu dünyada qalınca. Xəstə Qasım - Bir igid qırx ildə meydana gələr. Azərbaycan atalar sözləri/B
- Bir igidə yetmiş hünər də azdır. Özbək atalar sözləri
- Bir igidin qara dağ yumrusunca malı olsa, yığar-dərər, tələb eylər, nəsibindən artığın yiyə bilməz. Dədə Qorqud
- Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar. Azərbaycan atalar sözləri/B
- Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
C
[redaktə]- Comərd deyib maldan elərlər, igid deyib candan elərlər. Azərbaycan atalar sözləri/C
Ç
[redaktə]- Çox bilib az danışmaq igidin ləngəridir. Azərbaycan atalar sözləri/Ç
D
[redaktə]- Dağ başına qış gələr, igid başına iş. Azərbaycan atalar sözləri/D
- Dağlar başına qış, İgid başına iş. Azərbaycan atalar sözləri/D
- Dost dostun yolunda düşər ziyana,
İgid gərək tab gətirə, dayana. Molla Pənah Vaqif
E
[redaktə]- Ehtiyat igidin yaraşığıdır. Azərbaycan atalar sözləri/E
- El igidləri ilə tanınar Azərbaycan atalar sözləri/E
- Elə arxalanan igidin, arxası yerə dəyməz. Azərbaycan atalar sözləri/E
Ə
[redaktə]- Ər igidlər qarısa, oğlu doğmaz. Dədə Qorqud
G
[redaktə]- Gerçəkdən igid insanların duelə çıxmalarına gərək qalmaz, amma bir çox qorxaq özünü öz igidliyinə inandırmaq üçün həmişə duelə əl atır. Ernest Heminquey
H
[redaktə]- Heç bir igid kürəkdən yara götürməz. Azərbaycan atalar sözləri/H
- Heç bir igid yalqız olmasın. Azərbaycan atalar sözləri/H
- Heç bir igid yoxsul olmasın. Azərbaycan atalar sözləri/H
- Hər qüvvətə üstün gəlir аncаq qоrxusuz bəşər,
- Cаhаn igid ərlərindir, qоrxаn gözə çöp düşər… Hüseyn Cavid
- Hərə özünü bir igid bilir: qamış deyir - çiyəm mən, qurbağa deyir - biyəm mən. (Çiy - qaba otdur, ondan həsir toxuyurlar). Qırğız atalar sözləri
İ
[redaktə]- İgid adam yava adamı bağışlaya bilər, yava adam igidi - yox. Kürd atalar sözləri
- İgid adamlar alicənablığa daha çox qadir olurlar. Nikolay Şelqunov
- İgid ağzını açmaz, əlini açar. Azərbaycan atalar sözləri/İ
- İgid arxasında igid gizlənər. Azərbaycan atalar sözləri/İ
- İgid basdığın kəsməz. Azərbaycan atalar sözləri/İ
- İgid bir dəfə, qorxaq üç dəfə ölər. Tatar atalar sözləri
- İgid bir dəfə ölər, qorxaq yüz dəfə. Avar atalar sözləri
- İgid bir sözü iki dəfə deməz. Başqırd atalar sözləri
- İgid döyüşdə məlum olar. Azərbaycan atalar sözləri/İ
- İgid evdə doğular, döyüş meydanında ölər. Başqırd atalar sözləri
- İgid gərək ya şux olsun, ya yox olsun. Türkmən atalar sözləri
- İgid hərbdə, dost dərddə, kamil adam hiddətdə bəlli olar. Ərəb atalar sözləri
- İgid igidə xor baxmaz. Azərbaycan atalar sözləri/İ
- İgid ilqarından dönməz, dəvə ovsarından. Azərbaycan atalar sözləri/İ
- İgid qovğasız olmaz. Azərbaycan atalar sözləri/İ
- İgid ləqəbilə tanınar. Azərbaycan atalar sözləri/İ
- İgid min yaşar, fürsət bir düşər. Azərbaycan atalar sözləri/İ
- İgid odur atdan düşə atlana, İgid odur hər yaraya qatlana. Azərbaycan atalar sözləri/İ
- İgid odur ki, ən güclü qorxunu boğa bilir və qorxuya boyun əymədən təhlükə haqqında düşünə bilir. Konstantin Uşinski
- İgid oğul cavan eylər atanı. Azərbaycan atalar sözləri/İ
- İgid oğul dayısına çəkər. Azərbaycan atalar sözləri/İ
- İgid oğul düşmənə əyilməz. Azərbaycan atalar sözləri/İ
- İgid ölər, adı qalar. Azərbaycan atalar sözləri/İ
- İgid ölər adı qalar, müxənnətin nəyi qalar?! Azərbaycan atalar sözləri/İ
- İgid özü üçün doğular, başqaları üçün ölər. Tatar atalar sözləri
- İgid - sözündən dönməz, aslan - izindən. Özbək atalar sözləri
- İgid ya tər altında, ya yer altında. Azərbaycan atalar sözləri/İ
- İgid yarasına igid qatlanar. Azərbaycan atalar sözləri/İ
- İgid yarasız olmaz. Başqırd atalar sözləri
- İgid yarasız ölməz. Azərbaycan atalar sözləri/İ
- İgiddən yaxşı iş qalar, arifdən - yaxşı söz. Özbək atalar sözləri
- İgidim igid olsun, kol dibi evim olsun. Azərbaycan atalar sözləri/İ
- İgidim sağ olsun, tapılmayan qız olsun. Oğuznamə
- İgidin adı çıxınca canı çıxar. Azərbaycan atalar sözləri/İ
- İgidin başı qalda gərək. Azərbaycan atalar sözləri/İ
- İgidin əli işdə gərək. Azərbaycan atalar sözləri/İ
- İgidin əslini soruşma. Türkmən atalar sözləri
- İgidin fəndi olmasa tez basılar. Başqırd atalar sözləri
- İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı. Azərbaycan atalar sözləri/İ
- İgidin kasıbı namusdan bay olar. Türkmən atalar sözləri
- İgidin kunu yüz ata bərabərdir, ad-sanı - yüz min ata. (Kun - köhnə adətə görə qan bahasıdır). Qırğız atalar sözləri
- İgdin qədrini igid bilər, Gülün qədrini bülbül. Ləzgi atalar sözləri
- İgidin sözü bir olar. Başqırd atalar sözləri
- İgidin sözü ilə işi bir olar. Azərbaycan atalar sözləri/İ
- İgidin süfrəsi açıq olar. Azərbaycan atalar sözləri/İ
- İgidin ürəyi haça olar. Azərbaycan atalar sözləri/İ
- İgidin yaraşığı saqqaldır, sözün yaraşığı - atalar sözü. Qırğız atalar sözləri
- İgidin yaraşığı sınaqdır. Azərbaycan atalar sözləri/İ
- İgidin yorğunluğu qarnı doyana kimidir. Oğuznamə
- İgidlə çəkiş, səadətlə - yox. Əfqan atalar sözləri
- İgidlik biləklə deyil, ürəklədir. Azərbaycan atalar sözləri/İ
- İgidlik döyüşdə məlum olar. Azərbaycan atalar sözləri/İ
- İgidlik on, doqquzu hiylədir. Oğuznamə
- İgidlik ondur: biri qüvvət, doqquzu fənd. Kürd atalar sözləri
- İgidlik ondur: biri zordur, doqquzu fənd. Azərbaycan atalar sözləri/İ
- İgidlik üçün bilək də gərək, ürək də gərək. Tatar atalar sözləri
- İşdən qorxan igidmi olur? Dədə Qorqud
K
[redaktə]- Kabab qanlı, igid canlı. Azərbaycan atalar sözləri/K
- Kababı köz öldürər, igidi söz. Azərbaycan atalar sözləri/K
Q
[redaktə]- Qoca qoynunda çörək var, igid qoynunda çomaq var. Oğuznamə
- Qoç igid qurddan çəkinməz. Azərbaycan atalar sözləri/Q
- Qoç igiddən qoç törər. Azərbaycan atalar sözləri/Q
- Qorxaq gündə yüz yol ölər, igid ömürdə bir yol. Azərbaycan atalar sözləri/Q
- Qorxaq hər gün ölürsə, igid bir dəfə ölür. Uilyam Şekspir
- Qorxu olmayan yerdə hamı igidə dönür. Alman atalar sözləri
M
[redaktə]- Mərd igidin qaydasıdır dünyanı var istəmək,
Bir bəşərin şad gününü mərdimazar istəməz. Aşıq Şəmşir - Mərd igidlər süfrə açar, ad alar. Azərbaycan atalar sözləri/M
Ö
[redaktə]- Öküz ölər gönü qalar, igid ölər ünü qalar. Azərbaycan atalar sözləri/Ö
- Özünü öyən - davadan sonra igid olar. Ərəb atalar sözləri
P
[redaktə]- Palıd əyiləndə sınar, igid xar olanda. Qaraqalpaq atalar sözləri
- Papaq altında igidlər yaşar. Azərbaycan atalar sözləri/P
- Papaq altında igidlər yatar. Azərbaycan atalar sözləri/P
S
[redaktə]- Süd igidə halaldır. Azərbaycan atalar sözləri/Y
T
[redaktə]- Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir. Demokrit
U
[redaktə]- Uca-uca dağlar başı qarlı da olur, qarsız da; igidlərin canı sağ olsun, varlı da olur, varsız da. Azərbaycan atalar sözləri/U
V
[redaktə]- «Vətən» sözü cəsаrəitsiz аdаmı dа igid еdir. Lukian
- Vuran igid dayısına gəyişməz. Azərbaycan atalar sözləri/V
Y
[redaktə]- Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın. Azərbaycan atalar sözləri/Y
- Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə. Azərbaycan atalar sözləri/Y
- Yaxşı igid yaxşı sözdən yumşalar, pis igid pis sözdən bərkiyər. Avar atalar sözləri
- Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı. Xəstə Qasım - Yaxşı igid yurd düzər, yaman igid yurd pozar. Özbək atalar sözləri
- Yalnız igid alp olmaz. Yovşan dibi bərk olmaz. Kitabi Dədə Qorqud