Dözümlü
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Biz düşdüyümuz çuxurdan özümüzü asanlıqla və tez xilas edə bilməyəcəyik. Amma Amerika güclü və dözümlü ölkədir və mən bilirəm ki, əgər biz partizanlığı və siyasi parçalanmaları bir kənara qoyub bir millət kimi birgə fəaliyyətə başlasaq, uğur qazanacağıq. Barak Obama
C
[redaktə]- Cavanlıqda dözümlü olan qocalıqda xoşbəxt olar. Monqol atalar sözləri
D
[redaktə]- Dostunuzun nöqsanlarına dözümlü olun, çünki qüsursuz insan yoxdur. Protaqor
- Dözümlü olmalı və özünə inanmalısan. Mariya Küri
- Dünyaya sahib olmaq istəyiriksə, xoş niyyətli, iradəli və dözümlü olmalıyıq. Çarlz Dikkens
H
[redaktə]- Hamımız sındırılmışıq. Elə bu üzdən də sınıq yerlərimiz o birilərindən çox dözümlüdür. Ernest Heminquey
- Həqiqi dostlara sahib olmaq istəyən hər kəs başqalarının ehtiyaclarına diqqət yetirməli, xeyirxah və dözümlü olmalıdır. Şərəf və hörmət güclə deyil, son tikəni ehtiyacı olanla bölüşməklə əldə edilir. Leonardo da Vinçi
- Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur. Heydər Əliyev
İ
[redaktə]- İncəsənət həyat növünü təmiz olmayan düşüncələr tüstüsünə bürüyərək onu dözümlü edir. Fridrix Nitsşe
K
[redaktə]- Kiçik bir qrup insan çox sarsılmaz və dözümlü ola bilər. Fili, otdan hörülmüş kəndirlə bağlayırlar. Çanakya
- Kim söyləsə ki, insan antarktidada uzun müddət yaşayandan sonra soyuğa dözümlü olur onlar böyük səhv edir. Rual Amundsen
N
[redaktə]- Nəzakətə malik olmadan cəmiyyətdə dözümlü olmaq üçün yüksək ləyaqətə və ağıla malik olmaq lazımdır. Pyer Büast