Tikan
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin. Ərəb atalar sözləri
B
[redaktə]- Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul! Şeyx Ədabali
- Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən". Azərbaycan atalar sözləri/Vətən və el
D
[redaktə]- Dinlə bir nəsihət söyləyirəm mən, Kim tikan əkibsə, dərməz yasəmən.
- Dostunuza tez-tez ziyarətə gedin, çünki üstündə gedilməyən yollar tikan və kollarla bağlıdır. Hind atalar sözləri
- Dünyada tikan toxumu əkən insanı gül bağçasında axtarma! Mövlana Cəlaləddin Rumi
Ə
[redaktə]- Əlinə tikan batmadan qızılgül toplaya bilməzsən. Bencamin Franklin
G
[redaktə]- Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir. Şəms Təbrizi
- Gülü sevən, tikanına dözər. Türk atalar sözləri
K
[redaktə]- Kol-kola söykənibdir, gülsə tikan üstədir. Əbu Turxan
Q
[redaktə]- Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməsən tikan olar. Rafiq Həlit Qaray
O
[redaktə]- Optimist insan gülün tikanlarını deyil, gülü görür; pessimist isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir. Cübran Xəlil Cübran
T
[redaktə]- Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Tikanı ayaqdan tikanla çıxararlar. Hind atalar sözləri
- Tikansız gül yoxdur, amma gülsüz bir çox tikan var. Artur Şopenhauer
Y
[redaktə]- Yavaş-yavaş yesən, tikanı da yemək olar. Malayal atalar sözləri