Məzmuna keç

Henrix Heyne

(Heyne səhifəsindən yönləndirilmişdir)
Henrix Heyne
Doğum tarixi 13 dekabr 1797
Doğum yeri Düsseldorf
Vəfat tarixi 17 fevral 1856
Vəfat yeri Paris
Dəfn yeri Monmartr qəbiristanlığı
Vikipediya məqaləsi

Henrix Heyne (1797–1856) — Alman şairi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Reisebilder, 1831
  • Ağıllı adamlar yeni ideyalar irəli sürürlər, axmaqlar isə onları yayırlar.
  • Ağıllı hər şeyi görə bilir, axmaq hər şeyi görür, lakin hər şeyə bir bəhanə gətirir.
  • Alman dili əslində çox zəngindir, lakin alman danışıq dilində biz bu sərvətin yalnız onda birindən istifadə edirik; ona görə belə çıxır ki, guya biz dil sarıdan kasıbıq; Fransız dili əslində çox zəngin dil deyil, lakin fransızlar onun demək olar ki, bütün imkanlarından istifadə edə bilirlər; buna görə onların dili söz sarıdan zəngin görünür.
  • Almazı ancaq almaz cilalaya bilər.
  • Arvadım və tutuquşum olmasaydı, çoxdan intihar edəcəkdim.
  • Baharın cazibəsi ancaq qışda bilinir və sən sobanın yanında oturub ən yaxşı may mahnılarını bəstələyirsən.[1]
  • Bir şair deyirdi: "Birinci şah xoşbəxt döyüşçü idi!" İndiki maliyyə sülalələrimizin yaradıcılarına gəlincə, bəlkə də prozaik şəkildə deyə bilərik ki, birinci bankir xoşbəxt fırıldaqçı olub.
  • Biz almanlar yalnız qıza pərəstiş edirik və bizim şairlər yalnız onu tərənnüm edir, fransızlarda əksinədir, yalnız ərdə olan qadın həyatda və incəsənətdə sevgi predmeti olur.
  • Böyük şairlərin əsərlərində ikinci dərəcəli surətlərə, demək olar, rast gəlinmir; hər bir obraz əslində baş qəhrəmandır.
  • Bütün sağlam adamlar həyatı sevirlər.
  • Çünki mən özüm belə bir müqəddəs ruhun cəngavəriyəm.
  • Din və əxlaq, əslində, ikisi də xüsusiyyətləri baxımından bir bütünün tamamlayıcısı olan iki parçasıdır.[2]
  • Dünyanın kamilliyi həmişə onu təfəkkür edən ruhun kamilliyinə adekvatdır. Yaxşı yer üzündə özünə cənnət tapır, pis artıq cəhənnəmini burada dadır.
  • Düşmənlərimizi bağışlamalıyıq, amma asılmamışdan əvvəl deyil.
  • Əməklə məşğul olmayan bir adam həqiqi xoşbəxtlik ləzzətinin nə olduğunu heç vaxt anlaya bilməz.
  • Hakimlər gəldi-gedərdi, yalnız xalq ölməzdir.
  • Heç bir qanuna tabe olmamaq özünü xilasedici müdafiədən məhrum etmək deməkdir, çünki qanunlar bizi təkcə başqalarından deyil, özümüzdən də müdafiə etmək üçündür.
  • Hərçənd qadınlar dünyanı idarə edirlər, lakin tarixçilər yalnız kişilərin adlarıni çəkirlər.
  • Həyat və azadlığa yalnız onların uğrunda hər gün döyüşə getməyə hazır olanlar layiqdirlər.
  • Keçmiş insan ruhunun vətənidir. Ona görə də biz tez-tez nə vaxtsa keçirdiyimiz hisslərin, hətta nə vaxtsa duyduğumuz qəm-kədərin həsrətini çəkirik.
  • Kitab insanların aynasıdır.
  • Kitabların yandırıldığı yerdə insanlar da yandırılır.
  • Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar.
  • Mənəviyyat ürəyin ağlıdır.[4]
  • Millətlərin adətləri müxtəlifdir, amma yaxşılıq hər yerdə eynidir.
  • Musiqi nədir? Düşüncə və görünüş arasında bir yer tutur; şəfəqdən əvvəl vasitəçi olaraq ruh və maddə arasında dayanır; hər ikisi ilə əlaqəli, bunlardan fərqlidir: ölçülmüş zamana ehtiyacı olan bir ruhdur; bu materiyadır, amma boşluq olmayan maddə
  • Ölüm həyatın son sözü olduğu kimi, musiqi də incəsənətin son sözüdür.[5]
  • Özünə məftun donuz olmaqdansa, bədbəxt adam olmaq yaxşıdır.
  • Sevgi nədir? O, ürəkdə diş ağrısıdır.
  • Tarixə yalnız kişilərin adı düşsə də, dünyanı qadınlar idarə edir.[6]
  • Təfəkkür gözə görünməyən təbiət, təbiət isə görünən təfəkkürdür.
  • Yuxu — ən gözəl ixtiradır.

İstinadlar

[redaktə]
  1. [1] Цитаты и афоризмы.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.84
  3. Aforizmlər. Bakı, 2013. səh.126.
  4. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  5. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.30
  6. [2] Qadın böyük qüvvədir…