Mahnı

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bəzən elə birini sevərsən ki, getdiyində ağlayarsan; mahnılara, filmlərə, ona-buna, hər şeyə ağlayarsan. Ağlın başına gələndə də boşa xərclədiyin zamana ağlayarsan. Çarlz Bukovski
  • Biz vahid qıpçaq xalqı kimi özünüdərketməni möhkəmlədən mahnı və rəqslərimizi, oyunlarımızı, zarafatlarımızı və bayramlarımızı qorumalıyıq. Atilla
  • Bizdə bir çox təsnif və el mahnıları vardır ki, onların havaları yalnız üç tonun kombinasiyasından əmələ gəlir. [1] Üzeyir Hacıbəyov
  • Boş yerə ağlama, insanlar mahnı deyil. Məni mahnılar çox ağladır. Öz toyumda belə ağlamışdım. Andrey Platonov
  • Burada 872 dənə mahnı var. Hamısını dinlədim, amma heç biriylə rəqs etmədim. V for Vendetta
  • Bütün musiqilər xalq musiqisidir. İndiyə qədər bir atın mahnı oxuduğunu eşitməmişəm. Lui Armstronq

C[redaktə]

  • Cinsi əlaqə; mahnı oxuyarkən ölümün qıçına ayağını basmaqdır. Çarlz Bukovski

D[redaktə]

  • Darıxdın, içtin, ağladın, güldün, mahnılar söylədin, şeirlər yazdın. Yaxşı o nə etdi? Nazim Hikmət
  • Dövlətin qurtardığı yerdə insan önə çıxır Yalnız orada, harada dövləti qurtarır, insan başlanır - artıq olmayan, amma lazım olan: orada kimin lazım olduğu barədə yeganə və təkraredilməz mahnı səslənir. Fridrix Nitsşe

H[redaktə]

  • “Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın! Volter
  • Heç bir dildə deyilməmiş, heç bir dildə yazılmamış, sözlər və mahnılar içindəyəm. Edip Cansevər
  • Həyat gözəl bir melodiyaya bənzəyir, yalnız mahnıları qarışıqdır. Hans Kristian Andersen

İ[redaktə]

  • İstənilən insan sevəndə mahnı oxuyur. Platon

K[redaktə]

  • Kara mahnı oxuma, eşitməyəcək. Rus atalar sözləri
  • Kaset üç nömrə altında gedən “Məni heç vaxt buraxma” adlı bir mahnıya görə mənə çox əziz oldu. Kazuo İşiquro

Q[redaktə]

M[redaktə]

  • Mahnı nə qədər qısa olsa, o qədər gözəl olar. Fin atalar sözləri
  • Mahnı oxumaq bir yerdə, danışmaq tək-tək yaxşıdır. Udmurt atalar sözləri
  • Mahnı üç dəqiqə iyirmi saniyə, amma təkrar-təkrar çalınsa sonsuza qədər davam edə bilər. Əlif Şəfəq
  • Memarlıq da həyatın bir xronikasıdır. O, mahnılar, əfsanələr susanda danışır. Nikolay Qoqol
  • Mən bacardığım hər şeyi sona qədər edəcəyəm. Əgər sonda haqlı olarmsa, o zaman məni tənqid edənlərin və qeybətimi qıranların sözləri bir qara qəpiyə dəyməz. Amma haqlı olmamağım ortaya çıxarsa, mələklərin xoru mənə şan-şöhrət mahnısı oxusa belə, bu heç nəyi dəyişməz. Avraam Linkoln
  • Mən sənə yaşamağı, sevməyi, rəqs etməyi, mahnı oxumağı və gözləməməyi öyrədirəm. Oşo

N[redaktə]

  • Narkotikin həzzini yaşarkən, daha gözəl mahnılar yazır və oxuyuram. Emi Vaynhauz
  • Nə vaxt ki dinlədiyiniz mahnılar sizə onu xatırlatmaz, ancaq o zaman həyatdan bir dad ala bilərsiniz. İlhan Bərk

R[redaktə]

  • Ruhumun dərinliyində bəzən şən, bəzən də kədərli mahnılar eşidirəm. Məni həyata bağlayan elə bunlardır. Anri Berqson

S[redaktə]

  • Sən ey məğrur qartal! Sən düşmənlərlə döyüşlərdə həlak oldunsa da, mərd və qorxmaz adamların mahnısında əbədi yaşayacaqsan. Sən insanları azadlığa və işığa çağıran - yıxılmaz heykəl olaraq qalacaqsan!.. Maksim Qorki

Y[redaktə]

  • Yaşayarkən mən lal idim, öldükdən sonra gözəl mahnı oxuyuram. Latın atalar sözləri
  • Yaşıl otlaqların bürüdüyü sıldırım dağ döşündə gözəl mənzərəli Şuşa şəhəri düşmüşdü. Onun gözəl təbiət mənzərələri hər il səyyahları özünə cəlb edir, yaşıllıqlara qərq olmuş dağların mülayim cizgiləri yolçuları valeh edir. Lakin Şuşadan alınan estetik təəssürat bununla qurtarmır. Burada Azərbaycanın başqa rayonlarına nisbətən musiqi daha çoxdur. Burada həmişə xalq mahnılarını, xanəndələri, çalğıçıları dinləmək və rəqslərə baxmaq olar. Şuşa uzun zamanlardan bəri musiqi mərkəzi kimi tanınmış və xalq musiqi istedadlarının tükənməz məktəbi kimi bütün Zaqafqaziyada şöhrət qazanmışdır. “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər. [2] V. Vinoqradov, akademik

İstinadlar[redaktə]

  1. Ü.Hacıbəyov, 1965, s.242
  2. V. Vinoqradov. Uzeir Qadjibekov i Azerbajdjanskaya muzıka. M. 1938 səh. 9.