Zəlimxan Yaqub

Vikisitat saytından
Jump to navigation Jump to search

Zəlimxan Yaqub (azərb. Yaqubov Zəlimxan Yusif oğlu‎; d. 21 yanvar, 1950. Gürcüstan, Bolnisi rayonu, Kəpənəkçi – ö. 9 yanvar, 2016. Bakı, Azərbaycan) — Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995-2005)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağlın genişliyi, qəlbin səsidir,
    Varlığın ən böyük xəritəsidir.

B[redaktə]

  • Başçıda baş olanda baxtımıza gün düşər,
    Başçı başsız olanda baxtımız düyün düşər.
  • Böyüksüz ocağın, böyüksüz evin,
    Təməli dağılar, özülü laxlar.

D[redaktə]

  • Dünya qədim bir kitab, oxunur varaq-varaq,
    Onu kim qurtardı ki, biz oxuyaq qurtaraq?!

H[redaktə]

  • Hələ ki, cavanam, budur təsəlli,
    Baxan saçımdakı qaradan bilir.
    Yol hardan başlanıb, özümə bəlli,
    Yol harda bitəcək? Yaradan bilir!

İ[redaktə]

  • İnsanın insan üçün yamanlığı, pisliyi,
    Pula, vara, dövlətə, şöhrətə hərisliyi

K[redaktə]

  • Kim qarnının quludu, kim nəfsinin əsiri,
    Küçələrin tozudu, ayaqların həsiri.

S[redaktə]

  • Söz güllə, söz mərmi, söz qurşun gərək,
    Söz müllət, söz ordu, söz qoşun gərək.

U[redaktə]

  • Ulu Göyçə mühitində dünyaya göz açan, şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı mühitindən qidalanan Şiruyə Həsənoğlu mətbuata çox gec gəlsə də, öz rəngarəng, axıcı, hikmətli şeirləri ilə oxucu kütləsinin qəlbinə çox erkən yol tapa bilmişdir. Uzun illərdən bəri şeirləri aşıqların, xanəndələrin, şeir pərəstişkarlarının ürəklərindən dodaqlarına qanadlanmaqdadır. Şeirin bütün növlərində qələmini müvəffəqiyyətlə sınayan Şiruyə Həsənoğlu böyük Aşıq Alı, Aşıq Ələsgər, Xəstə Qasımdan sonra, demək olar ki, ən güclü təcnis ustası kimi tanınmışdır.

Haqqında sitatlar[redaktə]

  • Zəlimxan Yaqubun mövzuca rəngarəng və məzmunca dolğun olan şeirləri poeziyamızda həmişə yeni səs, yeni söz kimi qəbul edilmişdir. Onun ulu əcdadlarımızın qədim sənəti olan aşıq yaradıcılığının incəliklərini dərindən bilməsi şeirlərinin bədii siqlətini daha da artırır. Şair Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmışdır. Heydər Əliyev
  • Zəlimxan Yaqub Azərbaycanın, ümumən Türk dünyasının dünyaya bəxş etdiyi böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın energisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olmasaydı, o, Zəlimxan Yaqub olmazdı. Nizami Cəfərov, akademik
  • Xalqına gözəgörünməz tellərlə bağlı olan, xalq ruhu ilə qaynaqlanan, bu ruhla pərvəriş tapan qələm sahibi özü hiss etmədən xalqın ruhuna köklənir və yazıları da bu ahəngin süzüntüsünə çevrilir. Zəlimxanın qələmindən çıxan irili-xırdalı bütün şeirləri bu ahəngdən doğur. Bəxtiyar Vahabzadə
  • Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor –koranə təqlid və təkrarı deyildir. Osman Sarıvəlli
  • Zəlimxan Yaqub folklorla nəfəs alır. Bu qabiliyyət xalqın güzəranına, məişətinə, etnoqrafiyasına dərindən bələd olmaq və bunları öz içində yaşatmaq, həmin xalqın dilini, psixologiyasını ən incə məqamlarına, ən zərif çalarlarınacan mənimsəmək, hiss etmək deməkdir. Elçin, Xalq yazçısı
  • Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan odu-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda, mənə elə gəlib ki, şeir- sənət vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir. Hüseyn Arif, şair

İstinadlar[redaktə]