Osman Sarıvəlli
Görünüş
Osman Sarıvəlli | |||
Doğum tarixi | 17 dekabr 1905 | ||
Doğum yeri | İkinci Şıxlı | ||
Vəfat tarixi | 2 iyul 1990 | ||
Vəfat yeri | Bakı | ||
Dəfn yeri | Qazax rayonu | ||
|
Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov; 17 dekabr 1905, İkinci Şıxlı, Qazax qəzası – 2 iyul 1990, Bakı) — Azərbaycan şairi, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1977), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun müdir müavini.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aşıq Ələsgər xalqla üzvi surətdə bağlı olduğundan, elin arzu-əməllərilə yaşadığından, öz sazı, sözü ilə ona ləyaqətlə xidmət etdiyindən çox xoşbəxt bir sənətkardır. Qılıncların, nizələrin yaraladığı, lakin qapısını aça bilmədiyi ürəkləri böyük aşıq sazın-sözün, əqlin-kamalın, müdrik ustadnamələrin, şirin qoşmaların, könülaçan müxəmməslərin və gəraylıların eçazkar qüdrətilə fəth etdi.
Z
[redaktə]- Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor –koranə təqlid və təkrarı deyildir.