Dörd
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
E[redaktə]
- Evlənməzdən qabaq gözlərinizi dörd açın, amma evləndikdən sonra yumun. Bencamin Franklin
- Evlənmədən əvvəl gözlərinizi dörd açın. Evləndikdən sonra yarı yarıya bağlayın. Portuqal atalar sözləri
- Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu.Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm. Özdəmir Asaf
Ə[redaktə]
- Ən gözəl şeir riyaziyyatdır. Yer üzündə indiyə qədər “iki dəfə iki dörd edər”dən daha gözəl misra yazılmayıb, məncə. Əziz Nesin
D[redaktə]
- Dörd dənə gerçək dostun olsun, tabutunu daşısın yetər. Murathan Mungan
- Dörd şey kişinin xoşbəxtliyidir: ləyaqətli yoldaşlar, əməlisaleh övlad, uyğun olan zövcə və iş yerinin öz şəhərində olması. Məhəmməd peyğəmbər
- Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)
H[redaktə]
- Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Sokrat
İ[redaktə]
- İnsan ürəyindəki gerçək eşq dörd nalla gedən bir at kimidir. Nə düzümündən anlar, nə də söz dinlər. (Bailey)
- İnsanoğlunun duaları həmişə möcüzələr üçündür. Hər cür dua əslində belə sadələşdirilə bilər: Tanrım, iki dəfə ikini dörd et. İvan Turgenev
Q[redaktə]
- Qardaşsız miskin yigit ənsəsinə yumruq toxunsa,ağlayuban dörd yanına baxar olur. Kitabi Dədə Qorqud
- Qocalıq qarın yağması kimi qəfildən gəlir: səhər durub görürsən ki, dörd bir tərəf ağa bürünüb. Konfutsi
- Qorxaq hər şeyi dörd görər. Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
M[redaktə]
- Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək. Məhəmməd peyğəmbər
N[redaktə]
- Necə qəribədir! İnsan poçtdan vacib bir şey çıxmayacağını bilir, amma yenə də dörd gözlə məktub gözləyir. Virciniya Vulf
O[redaktə]
- Əli, oğlu Həsənə buyurmuşdur:
- Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar.
Y[redaktə]
- Yaxşı çobanın dörd gözü olar. Abxaz atalar sözləri
- Yalan, dörd nala gedər; gerçək, addım-addım yeriyər lakin, yenə də vaxtında yetişər. Yapon atalar sözləri