Cefri Çoser
Jump to navigation
Jump to search

Cefri Çoser - (ing. Geoffrey Chaucer; təq. 1343, London, İngiltərə krallığı – 25 oktyabr 1400, London, İngiltərə krallığı) — İngiltərənin və İngilis ədəbiyyatının ilk böyük şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağrı və sevinc bir-birinin yanındadır.
- Axmaq səssiz qala bilməz.
B[redaktə]
- Budur, heç vaxt qaralmayacaq dörd köz: lovğalıq, xəsislik, qəzəb və yalan.
- Bütün qəbahətlərin təməli tamahdır. [1]
H[redaktə]
- Həqiqəti çox vaxt zarafatla deyirlər.
- Hikmətdən daha yaxşı nə ola bilər? Qadın. Yaxşı qadından daha yaxşı nə ola bilər? Heç nə.
X[redaktə]
- Xəsislik bütün pisliklərin köküdür.
İ[redaktə]
- İçən mənəvi tənəzzül yolundadır.
Ö[redaktə]
- Öyrənməyə səy göstərənlər öyrətməyə hazırdırlar.
Ş[redaktə]
- Şeytanla nahar etmək istəyənə uzun bir qaşıq lazımdır.
T[redaktə]
- Təvazökarlıq ürəkdən dörd cür olur: biri insan özünü göylərin Allahı qarşısında heç hesab etdiyi zaman; o biri, başqa heç kəsə xor baxmadıqda; üçüncüsü, başqaları onu nəzərə almasa belə, narahat olmadıqda; dördüncüsü, özünü alçaltmaqdan çəkinmədiyi zaman. Hətta nitqin təvazökarlığı da dörd şeydə olur: mülayim nitqdə, nitqin sadəliyində, dodaqla deyilənlərin ürəyindəki fikrə uyğun olmasında və nəhayət, başqasının xüsusiyyətlərini pozmadan təriflənməsində. Əsərlərin təvazökarlığı da dörd cəhətdəndir: birincisi, başqalarının öz qarşısına qoyulması; ikincisi həmişə ən aşağı yeri seçməkdə, üçüncüsü yaxşı məsləhəti məmnuniyyətlə qəbul etməkdə; dördüncüsü, öz rəislərinin, yəni rütbəsi daha yüksək olanların qərarına həmişə sevinməkdir.
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.423