Üsyan
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Allaha üsyan edərək bir şeyə çatmaq istəyən kimsə ümid etdiyindən uzaqlaşaraq, qorxduğu şeyə yaxınlaşmaqdadır. İmam Hüseyn
B[redaktə]
- Bütün qadınlar istəyirlər ki, yalnız onlarla məşğul olsunlar. Qadınlar böyük iş görən kişiyə qarşı üsyan edir və ona dözə bilmirlər. Ona görə də qadınlar axmaqları sevirlər. Çünki, axmaq adam öz vaxtını qadınlara sərf edib, yalnız onlarla məşğul olur və bununla xanımlarının sevimlisi olmalarını sübut edirlər. Əgər dahi insan qadına ürəyini, sərvətini verib, vaxtını isə sərf etməzsə, o zaman ən nəcib qadın belə kişinin onu sevdiyinə inanmayacaq. Onore de Balzak
C[redaktə]
- Cəmiyyət üçün üsyan, təbiət üçün ildırımdan daha az faydalı deyil. Bu, hökumətin sağlamlığı üçün lazım olan dərmandır. Tomas Cefferson
M[redaktə]
- Mənim beynim avaraçılığa qarşı üsyan edir. Artur Konan Doyl
O[redaktə]
- Orucu, gecələr etdiyi ibadəti Allah tərəfindən qəbul olunmuş şəxs üçün bayramdır. Hansı gün Allaha üsyan edilməzsə, o gün bayram sayılır. Əli
Ö[redaktə]
- Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı. Əbdül Səttar Ədhi
S[redaktə]
- Silahlı üsyandan əvvəl ideyaların üsyanı baş verir. U.Fillips
Ü[redaktə]
- Ümumi fayda üçün, elmin təsdiqi naminə doğma atama qarşı üsyan etməyi günah saymıram. Mixail Lomonosov
- Üzvlərinin çoxunu razı sala bilməyən və buna görə də onları üsyana məcbur edən sivilizasiya yox olmağa məhkumdur.[1] Ziqmund Freyd
Y[redaktə]
- Yadelli işğalçılara qarşı üsyana qalxmaq qanunidir və hər bir xalqın birinci borcudur. Stendal