Məzmuna keç

İrs



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Asiyalı və avropalı əcdadlarımızdan bizə irs qalan irqi, mədəni, əxlaqi və sosial konsepsiyalar həmvətənlərimizə, onların istedad və rifahına hörmətdən keçməklə hər şeyi qəbul etməli və ehtiram göstərməlidir. Piramidanı öz şəxsi şərəfin üzərində qurmaq yolverilməzdir. Nə qədər ki, biz şəxsi və milli adətlərimizi möhkəm saxlayırıq, bizim həyat enerjimizi sümürən təmtəraqlı özünüsevmə oyunlarının qurbanı olmamalıyıq. Atilla
  • Atalarının qiymətsiz dil irsini toplayıb yüz cildlik kitabda nəşr etdirə bilən xalq — xoşbəxt xalq, sağlam xalq, parlaq gələcəyi olan xalq. Qazaxlar sadəcə belə bir xalqdır. Dil dünya ədəbiyyatının ən məşhur yüz kitab sərbəst və rəvan tərcümə edilmiş daxil onların nümunələri xüsusi orijinallığı bütün şöhrət çatdırdı — bu güclü dili, mənalı dil, güclü dilidir. Qazax dili elə bir dildir. Nursultan Nazarbayev
  • Azərbaycan musiqi tarixində Cabbar Qaryağdıoğlu kimi "Heyratı", "Mahur", "Mənsuriyyə" ifa edən çətin tapılar. Onun bu muğamlara vurduğu misilsiz zəngulələr musiqi irsimizə nadir hədiyyələrdir.[1] Bülbül (müğənni)
  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
  • Hər bir Azərbaycan gənci… birinci növbədə, gərək öz dilini, ana dilini bilsin…Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin. Heydər Əliyev/Azərbaycan dili
  • Hun olmaq üçün millətə sadiq və sədaqətli olmaq lazımdır. Adətlərimizi gözləmək bizim irsimizə, keçmişimizə və gələcəyimizə hörmətdir. Atilla
  • Misirdəki şəraitin təkamülünü vicdanla müşahidə edən şəxs görər ki, terrorizm bizim dəyərlərimizə və irsimizə qəribə gələn yad bir fenomendir. Hüsnü Mübarək
  • Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır.[2] İsa

İstinadlar

[redaktə]
  1. [1] Səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndə: Cabbar Qaryağdıoğlu — 154
  2. Matta 5:3–10