Cabbar Qaryağdıoğlu
Görünüş
Cabbar Qaryağdıoğlu | |||
Tam adı | Cabbar İsmayıl oğlu Qaryağdıoğlu | ||
Doğum tarixi | 31 mart 1861 | ||
Doğum yeri | Şuşa | ||
Vəfat tarixi | 20 aprel 1944 | ||
Vəfat yeri | Bakı | ||
Dəfn yeri | Çəmbərəkənd qəbiristanlığı, Yasamal qəbiristanlığı | ||
|
Cabbar Qaryağdıoğlu — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biridir.
Cabbar Qaryağdıoğlu haqqında sitatlar
[redaktə]- Azərbaycan musiqi mədəniyyəti tarixində ən böyük sima Qaryağdıoğludur. Əgər, Cabbar olmasaydı, Üzeyir bəy olmazdı. Üzeyir bəy olmadansa Fikrət Əmirov olmazdı...[1] Firidun Şuşinski
- Cabbar Qaryağdıoğlu təsnif havalarında olan bir çox şeirləri yenidən işləmiş, onlarca mahnının mətnini yazmışdı. Bu təsnif və mahnılardan “İstəkanın deşilsin”, “Kaş ki bayram olmayaydı”, “Məni dövrü-fələk”, “Tiflisin yolları”, “Naxçıvanın gədiyindən aşaydım”, “Qalalıyam, qalalı”, “Qarabağın bir dənəsi”, “Ay ayağında məsi var”, “Gəlin gedək, Daşaltıya gəzməyə” və sair göstərmək olar.[1]
- Azərbaycanlı musiqi tədqiqatçısı Firidun Şuşinski.
- Azərbaycan musiqi tarixində Cabbar Qaryağdıoğlu kimi "Heyratı", "Mahur", "Mənsuriyyə" ifa edən çətin tapılar. Onun bu muğamlara vurduğu misilsiz zəngulələr musiqi irsimizə nadir hədiyyələrdir.[2]
- Azərbaycanlı tanınmış müğənni Murtuza Məmmədov (Bülbül).
- Cabbar Qaryağdıoğlunun yaratdıgı üçlük Qafqazda və xaricdə bədii əhəmiyyətinə görə 1-ci dərəcəli Avropa ansamblları ilə müqayisə olunurdu.[3]
- Rus musiqişünası Viktor Serqeeviç Vinoqradov.
- 20 il Cabbarla yoldaşlıq etmişəm. İnsanlığı Cabbardan öyrənmişəm![4]
- Azərbaycanlı tarzən Qurban Pirimov.