Məzmuna keç

Bülbül (müğənni)

Bülbül (müğənni)
Doğum tarixi 22 iyun 1897
Doğum yeri Şuşa
Vəfat tarixi 26 sentyabr 1961
Vəfat yeri Bakı
Dəfn yeri Fəxri Xiyaban
Vikipediya məqaləsi

Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı.

  • Azərbaycan musiqi tarixində Cabbar Qaryağdıoğlu kimi "Heyratı", "Mahur", "Mənsuriyyə" ifa edən çətin tapılar. Onun bu muğamlara vurduğu misilsiz zəngulələr musiqi irsimizə nadir hədiyyələrdir. [1]

Haqqında sitatlar

[redaktə]
  • Bülbül sözün əsl mənasında böyük və ölməzdir. Xalq onun işıqlı surətini ürəyində qranit abidə kimi qoruyur.
    • Mirzə İbrahimov, Xalq yazıçısı, akademik
  • Bülbülün xalq tərəfindən böyük maraq və ürək döyüntüsü ilə dinlənməsi, çətin və gərgin əməyin səmərəli nəticəsidir.
    • Niyazi, SSRİ xalq artisti
  • Sovet opera sənətinin görkəmli nümayəndəsi, professor, SSRİ xalq artisti Bülbülün ev muzeyinə böyük maraqla baxdım. Muzey Bülbülün yaradıcılıq yolunu çox parlaq surətdə əks etdirir və şübhəsiz ki, indiki, həmçinin gələcək nəsilləri bu böyük sənətkarın yaradıcılığı ilə tanış edəcəkdir.
    • Zərifə Əliyeva, akademik

İstinadlar

[redaktə]
  1. [1] Səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndə: Cabbar Qaryağdıoğlu - 154