Çərçivə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C
[redaktə]- Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
H
[redaktə]- Həyatı heç bir çərçivəyə salmaq olmaz və insanlar birdəfəlik bu cəhddən imtina etməlidirlər. Teodor Drayzer
K
[redaktə]- Kamal attestatı və ya sürücülük vəsiqəsi alanda imtahan verdiyimiz kimi evlənirik: həmişə içinə sığışmalı olduğun eyni çərçivələr. Hamı kimi. Necə olursa olsun HAMI kimi. Əgər hamıdan yaxşı alınmırsa, heç olmasa dala qalmamağa çalış, yoxsa, allah eləməsin, birdən hamıdan pis olarsan. Və bu, əsl məhəbbəti məhv edən ən yaxşı vasitədir. Frederik Beqbeder
T
[redaktə]- Təbiət bir çərçivə, bir səhnədir. Əhməd Hamdi Tanpınar
Y
[redaktə]- Yeni libas geyinmək üçün köhnəni soyunmalısan. Köhnə çərçivələrin içərisində sıxılaraq yenilik və dəyişikliklərdən xəbər tuta bilməyəcəksən. Şüurunu elastikləşdir. Kürəkləri idarə etməyi öyrənmədən qayığı dəyişmək mənasızdır. Şri Şri Ravi Şankar
Z
[redaktə]- Zövqsüzlüyün də çərçivəsi var. Yalnız zövqlülük əbədidir. Koko Şanel