Reallıq

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aktyorluğu sevirəm, çünki burada əsl həyatdan daha çox reallıq var. Oskar Uayld

B[redaktə]

  • Biz dramaturqdan realizmə romantika qatmasını istədiyimiz halda, aktyordan romantikaya reallıq qatmasını istəyirik. Oskar Uayld

C[redaktə]

  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Gügman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld

Ə[redaktə]

  • Əksər hallarda həyata keçirilməmiş hadisələrin nəticələri bizə baş verənlərlə eyni reallıq kimi görünür. Çarlz Dikkens
  • Əslində sən bölünmüş deyilsən. Reallıqda sən ahəng içərisində olan bir bütövsən. Amma bir bütün olmadığını düşünməyə şərtləndirilmisən. Və əgər ruhi bir varlıq olmaq istəsən, bədəninlə mübarizə aparmaq lazım olduğun öyrədilib. Bədənini fəth etmək, onu məğlub etmək, yox etmək… Mümkün olan hər vasitəylə ona işgəncə verməyin lazımdır. Oşo

G[redaktə]

  • Getdikcə daha tez-tez belə bir qənaətə gəldim ki, seks, narkotik kimi, reallıqdan qaçmaqdır, dərdləri unutmağa və rahatlamağa imkan verir. Və bütün stimullaşdırıcılar kimi, zərərlidir və insanın qüvvəsini itükəndirir. Paulo Koelyo

N[redaktə]

  • Nağıllar reallıqdan daha üstündür - ona görə yox ki, onlar bizə əjdahaların mövcudluğunu deyir, ona görə ki, əjdahaları məğlub etməyin mümkün olduğunu göstərir. Nil Qeyman

Ö[redaktə]

  • Öz-özümüzə deyirik ki, əgər bütün kainatı yaradan, onu bizim üçün min cür naz-nemətlə dolduran Tanrı olsaydı və əgər yer üzündə əxlaqi nizamla axirət mövcud olsaydı, nə gözəl olardı. Halbuki bütün bunların reallıqda əksini tapmaması və sadəcə, məsum arzulardan ibarət olması məlumdur. Əgər yazıq cahil ulu babalarımız bütün bu qəliz kosmik suallara cavab tapsaydılar, onda hər şey çox gözəl olacaqdır. Ziqmund Freyd

R[redaktə]

  • Reallıq — baş verənlərin variantlarından biridir və mən onu heç cür təkzib edə bilmərəm. Leonard Koen
  • Reallıq - sən ona inanmayandan sonra belə davam edən bir haldır. Bernar Verber

S[redaktə]

  • Siz başqalarına nəzarət edə bilməzsiniz. Biz istəyirik ki, ətrafımızda olan insanlar bizim istəyimizə uyğun davransınlar. Lakin reallıq elədir ki, biz başqa insanları dəyişdirə bilmirik. Hər bir insanın unikallığına və müstəqilliyinə hörmət edin. Barie Davenport

Ü[redaktə]

  • Ürəyini yer üzündə yeganə reallıq olan illüziyalara verən, eləcə də verməyən insanın vay halına. Birini məyusluq və ağrı, digərini isə gecikən peşmanlıq gözləyir. Teodor Drayzer

İstinadlar[redaktə]