Məzmuna keç

İcazə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağzını bağlı saxlamaq və insanlara axmaq olduğunu düşünməyə icazə vermək ağzını açıb bütün bu şübhələri uzaqlaşdırmaqdan daha yaxşı olar. Mark Tven
  • * Bayram- bu, icazə verilmiş məcburi tədbirdir.[1]Ziqmund Freyd
  • Bir əl tutmaq istəyərsən ya bəzən, ya da birini qucaqlamaq. Təəssüf ki, icazə verməz buna həyat. Özünü qucaqlamalısan sən də həyata inad! Can Yücəl
  • Çox təəssüf ki, çox insan necə yaşanacağını, ancaq ölmək vaxtı gələndə öyrənər. Çox insan ömürünün ən gözəl illərini, bir bina mənzilində, televiziya izləyərək keçirər. Çox insan iyirmi yaşında ölər və səksən yaşında da basdırılar. Bunun, sizin də başınıza gəlməsinə icazə verməyin. Robin Şarma
  • Dünya ədəbiyyatı nümunələrini mən iki hissəyə bölürəm: İcazəli yazılanlar və icazəsiz yazılanlar. Əvvəlcədən icazə verilmiş şeylər barədə yazanların üzünə tüpürmək, başlarına dəyənəklə vurmaq istəyirəm. Belə yazıçılara mən nikaha girməyi və dünyaya uşaq gətirməyi qadağan edərdim. Axı uşaqlarımız bizim macal tapıb edə bilmədiklərimizi həyata keçirməlidirlər.[2] Osip Mandelştam
  • Düşməndən də öyrənməyə icazə verilir. Ovidi
  • Fikirlər silahlardan daha güclüdür. Biz düşmənlərimizin silah sahibi olmalarına icazə vermədik, niyə fikir sahibi olmalarına icazə verək ki. İosif Stalin
  • Həyat o qədər qısadır ki, onu murdarcasına yaşamaq üçün sərf etməyə icazə vermək belə mümkün deyil. Paulo Koelyo
  • İcazə ver sənə bir şey deyim. İnsanların hətta 10 dəqiqə gözləmək üçün səbri yoxdur! [[Angel Beats!]
  • Qızıl və gümüşü, pulgirliyi onun gözündən salmaq lazımdır. Qızıl və gümüşün gətirdiyi kədəri heç əfi ilan zəhəri də gətirə bilməz. Nə vaxt oynamaq istəsə, icazə verilməlidir, lakin oyun gözəl olmalıdır, onu yorub əldən salmamalı, qanını qaraltmamalı, zehnini kütləşdirməməli, təlim-tərbiyəsini çətinləşdirmməməlidir. Nəsirəddin Tusi
  • Müstəsnalığın bayağılığa bu formada kölə olmağının bir çox nikahlarda qayda olduğu qənaətinə gəlmək üçün, əksini düşünmək kifayətdir: Elə üstün keyfiyyətlərə malik bir qadın var ki, sarsağın birinin onu ovsunlamasına, onun ən incə sözlərini amansızca qınamasına icazə verir və ən mənasız hoqqabazlıqları qarşısında, sevginin sonsuz tolerantlığıyla özünü itirir. Marsel Prust
  • Niyə tanış şeylər haqqında düşünmək bu qədər rahatdır? Çünki o, təhlükəsizlik illüziyası yaradır. Amma insanlar pisi düşünməyə, pisi gözləməyə, pisə hazırlaşmağa öyrəşirlər. Yaradıcı olmaq, həyatı necə yaxşılaşdırmaq barədə düşünmək əvəzinə, keçmişlərinin əbədi həbsxanasına düşürlər. İnsanların çoxu nə düşünür? Keçmiş sevgi, yerinə yetirilməmiş arzular, itirilmiş imkanlar və ya maliyyə problemləri haqqında. Digərləri xoşbəxt uşaqlıq arzulayırlar - baxmayaraq ki, bütün dürüstlüklə, kimin buludsuzluğu var idi? İnsanlar heç bir mənası olmayan şeylərə nə qədər diqqət yetirirlər? Məsələn, tərəvəz dükanında satıcı qadının və ya iş yoldaşının yan baxması haqqında. İnsan bu cür düşüncələrə öz içinə yol verirsə, adı təşviş olan zəhərin dağıdıcı təsirinə məruz qalır. İnsanlar özləri böyük gücdən imtina edirlər, onların təbiətinə xasdır. Doğuşdan hamımız möcüzə işçiləriyik, sadəcə özünüzə möcüzələr yaratmağa icazə verməlisiniz. Nə qədər ki, insan adi düşüncələrin əsiridir, xoşbəxtliyin sirrinin şüurun idarə olunmasında olduğunu heç vaxt anlaya bilməyəcək. Robin Şarma
  • Ölənə qədər birlikdə olacağıq, buna əminəm. Həmişə getmək istəyirəm, amma icazə vermirlər! Freddi Merkyuri
  • Peyğəmbər (s) sünnəsi toplanıb yazılmamışdı. Bəzi səhabələr, məsələn, Abdullah ibn Əmr ibn As hələ Peyğəmbərin (s) sağlığında bu işi başlamışdılar. Həzrət, yazılacaq sünnə ilə Quran arasında heç bir ziddiyyətin olmayacağından əmin olduqdan sonra özü Abdullaha icazə vermişdi. Amma Əbdullah və başqalarınn yazdıqları müzakirə olunmağa başlandı. Abdullah bir yazar kimi təqdim olunmadı ki, yazdıqlarını camaata oxusun. Heç Ömər də bu işi davam etdirməyi ona icazə vermədi, beləcə Abdullahın yazdıqları yayılmamış qaldı.[3] İbn Teymiyyə
  • Ürəyi olmayanın ürəyimi sındırmağına icazə vermərəm. Məni bir saniyədə unudanı, mən iki saniyəylə şərəfləndirmərəm. Kiçik İsgəndər
  • Yüksəlmək üçun ancaq öz gücünüzdən istifadə edin, başqasının sizi yüksəltməyinə icazə verməyin. Fridrix Nitsşe

İstinadlar

[redaktə]
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. Osip Mandelştamın "Dördüncü nəsr" kitabından
  3. İbn Teymiyyə, "İxtilaful-umməti fil-ibadat", səh. 33