Qurani-Kərim

Vikisitat saytından
(Quran səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Qurani-Kərim



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Allah ölümü və həyatı yaratdı ki, sizlərdən hansınızın yaxşı əməl sahibi olduğunu sınasın.
  • Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir.

E[redaktə]

  • Ey iman edənlər. Bilə-bilə Allaha, Onun Peyğəmbərlərinə və aranızdakı əmanətlərə xəyanət etməyin.

Ə[redaktə]

  • Əgər Allah sizə yardım edərsə, heç kim sizə qalib gələ bilməz. Yox əgər zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?
  • Əgər onlardan "göyləri və yeri kim yaratmışdır" deyə soruşsan, onlar mütləq "Allah" deyə cavab verəcəklər.
  • Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən, Allah nə etdiyinizi bilir.

H[redaktə]

  • Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq.
  • Heç bilənlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!
  • Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
  • Hər kəs (Rəbbin hüzuruna) yaxşı əməllə gəlsə, ona bundan (əməllərindən) daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, (bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! (Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz!).

M[redaktə]

  • Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

O[redaktə]

  • O, yaratdığı hər şeyi gözəl yaratdı.

S[redaktə]

  • Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər.
  • Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xalq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindədir.

Ş[redaktə]

  • Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)

T[redaktə]

  • …Təkcə böyük savab yiyəsinə verilən vergidir gözəl xislət.

Y[redaktə]

  • Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən.[1]
  • Yol kəsənlər Quranı oxuyub öyrəndikdən sonra yol göstərənlər oldular. Məhəmməd İqbal

İstinadlar[redaktə]

Vikianbarda Qurani-Kərim ilə əlaqəli mediafayllar var.

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014