Vətəndaş

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Anarxizm, insan zehninin dini hökmranlıqdan və insan bədəninin vətəndaş zülmündən azad olması üçün; Dövlətin zəncirlərindən və məhdudiyyətlərindən azad olmaq üçün mövcuddur. Fərdlərin sərbəst qruplaşmasına əsaslanan sosial sifarişdir. Emma Qoldman
  • Avropalılar arasında hər hansı bir müharibə vətəndaş müharibəsidir. Viktor Hüqo

B[redaktə]

  • Bir qarış torpağı hasarlayıb “bu torpaq mənə məxsusdur” deyən və sadəlövh insanları tapıb buna inandıran adam vətəndaş cəmiyyətinin əsl qurucusudur. Dirəkləri aşıran, sərhəd kimi xidmət edən xəndəkləri dolduraraq “bu yalançıya qulaq asmaqdan ehtiyatlanın!, hər şeyin sizə, torpağın isə heç kimə mənsub olmadığını unutsanız, məhv olacaqsınız!” deyərək insanlara müraciət edən adam nə qədər cinayətlərin, müharibələrin, fəlakətlərin, dəhşətlərin qarşısını almış olur. Jan Jak Russo
  • Biz tərbiyə adı altında uşaqlıqdan fəzilətə aparan, ədalətli şəkildə tabe olmaq və ya hökmranlıq etməyi bacaran mükəmməl vətəndaş olmağı arzu edən və ona can atmağa məcbur edən tərbiyəni nəzərdə tuturuq. Platon
  • Bütün döyüşlər vətəndaş müharibəsidir, çünki bütün insanlar qardaşdır. Fransua Fenelon
  • Bütün pisliklərin zirvəsi- bu, vətəndaş müharibəsində qələbə çalmaqdır. Mark Tulli Siseron

D[redaktə]

  • ...Dövlətə xidmət üçün Perikli ən çox ləyaqətlililərdən hesab edirdilər. Sülh dövründə şəhərə başçılıq edən Perikl o həmişə sülh və ədalət içində qərarlar verir, onun təhlükəsizliyini mökəmləndiridi və onun vaxtında şəhər öz qüdrətinin zirvəsinə qalxdı. Müharibə başlayan zaman aydın oldu ki, o, həmçinin müharibəyə də düzgün qymət vermiş və onu anlamışdı… Onun ölümündən sonra afinalılar əmin oldu ki, onun müharibənin gedişinə dair verdiyi hesablama və müdrikliyi necə də düz imiş... Perikl, öz müdrik ağlı və şübhə doğurmayan satılmazlığı ilə həmşəhərliləri tərəfindən yüksək hörmətə layiq bir insan kimi, insanların azadlıqlarını məhdudlaşdırmadan idarə edir və xalq kütlələrinin ehtirasına tabe omur, əksinə onları idarə edirdi. Hakimiyyətə ləyaqətsiz üsullarla can atmırdı, bununla da vətəndaşlarına yaltaqlanmır, əksinə öz nüfuzuna söykənərəq onlara qəti etiraz da edə bilirdi. O, afinalıların zamansız və həddindən artıq cəsarətli planlar quduğunu görəndə onda, onlara öz nitqləri ilə ehtiyatlılığa çağırırdı, onlar ümidsizliyə qapılanda da cəsarətə gətirə bilirdi. Ada görə bu xalqın, əslində isə birinci vətəndaşın hakimiyyəti idi. Periklin xələfləri içərisindən heç biri digərlərinə nisbətən dövlət xadimi kimi seçilmirdi, amma hamısı birinci olmaq istəyirdi və buna görə də xalqa yaltaqlanaraq hətta dövlət maraqlarını da qurban verməyə hazır idi. Fukidid

Ə[redaktə]

  • Ədalət dövlətin məqsədidir. Vətəndaş cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək. Aleksandr Hamilton
  • Əgər ilkin əxlaqi ideyaların əsasları sizdə yoxdursa, o zaman vətəndaş məqsədlərinizə nail olmaq üçün insanları nə ilə birləşdirəcəksiniz? Fyodor Dostoyevski
  • Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür. Həsən Əliyev

F[redaktə]

  • Faydalı vətəndaş olmaq üçün əvvəlcə insan olmağı öyrənməli. Nikolay Piroqov

H[redaktə]

  • Hər bir vətəndaş imkan daxilində öz səylərini öz dövləti üzərində hökmranlıq etmək gücündə olmağa yönəltməlidir. Aristotel

Q[redaktə]

  • Qorxudan ağlını itirən, komada oturub tir-tir əsən mirzələri ləyaqətli vətəndaşlar hesab edənlər yanılırlar. Xeyr, onlar vətəndaş yox, faydasız mirzələrdir. Saltıkov-Şedrin
  • Qoy Vətən, vətəndaşların ümumi anası olsun; onların öz vətənlərində istifadə etdikləri faydanı onlar üçün əziz etsin; qoy hökumət onlara ictimai idarəçilikdə onların öz evlərində olduqlarını hiss etmələri üçün kifayət qədər pay versin ; qoy qanunlar onların gözündə ümumi azadlıq üçün yalnız zamin olsun. Jan Jak Russo

M[redaktə]

  • Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz. Corc Soros

S[redaktə]

  • Siyasi xadim olmaq yox, vətəndaş olmaq gərəkdir. Mənim üçün ən böyük and xalq qarşısında dediyim sözdür. Əbülfəz Elçibəy
  • Siz oğlunuzu və yaxud qızınızı valideynlik fərəhi xatirinə həyata gətirib tərbiyə etmirsiniz. Sizin ailənizdə, sizin başçılığınız altında gələcək vətəndaş, gələcək xadim və gələcək mübariz yetişir. Anton Makarenko

T[redaktə]

  • Tarix ruhun zamana görə inkişafıdır, tarixin öz məqsədləri vardır, bu məqsəd-azadlığın inkişafı, vətəndaş cəmiyyətində vətəndaşın azadlığıdır. Hegel
  • Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Heydər Əliyev
  • Torpaq sahəsini çəpərləmiş ilk şəxs "bu mənimdir" deyə qışqırıb ona inanan sadəlövh adamları cəmləyə bilmişsə, vətəndaş cəmiyyətinin əsl banisi də odur. Jan Jak Russo

U[redaktə]

  • Uşaqlarım məndən soruşanda ki, nəyi öyrənsələr yaxşıdır, mən həmişə deyirəm ki, humanitar elmlər sahəsində mükəmməl təhsil almaq lazımdır. Mən tarixin öyrənilməsinə böyük əhəmiyyət versəm də, şəxsən mənim ünün uşaqlarımın ABŞ-da Vətəndaş müharibəsi döyüşlərinin bütün yerlərini və tarixlərini yadda saxlayıb-saxlamadıqlarının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar mükəmməl şəkildə şifahi və yazılı nitqə yiyələnsinlər.Li Jakkoka

V[redaktə]

  • Vətəndaş müharibələrində hər şey bədbəxtlikdir. Amma bu müharibələrdə ən bədbəxt şey qələbə çalmaqdır. Qalib gəlməyinə kömək edənlərə güzəştə gedərək hətta öz istəyinin əksinə çox şeylər etmək lazım gəlir. Mark Tulli Siseron
  • Vətəndaş müharibəsində qazanılan hər hansı bir qələbə məğlubiyyətdir. Lukian
  • Vətəndaşın sevgi ilə gülü təsvir etməsindəki hissi rüşvətxoru ifşa etmək hissindən daha güclüdür. Çünki, birinci halda təbiətlə təmas, təbiətə sevgi movcuddur.Fyodor Dostoyevski

İstinadlar[redaktə]