Torpaq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Acgöz insanı ancaq torpaq doydurar. Lak atalar sözləri
- Ana şəfqət abidəsi, ata ədalət nümunəsi, ana sevgi qəhrəmanı, ata iftixar məqamı, ana şəfqət təlimçisi, ata iffət təlimçisi, ana qəlb, ata beyin, ana bağça, ata bağban, ana torpaq, ata su, ana günəş, ata isə nurdur. Ata və ana bir bədəndə bir ürək kimidir. Füyuzat jurnalı
- Anaya etibar edənlə, torpağa etibar edən uduzmaz. Teluqu atalar sözləri
- Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq
B[redaktə]
- Bir qarış torpağı hasarlayıb “bu torpaq mənə məxsusdur” deyən və sadəlövh insanları tapıb buna inandıran adam vətəndaş cəmiyyətinin əsl qurucusudur. Dirəkləri aşıran, sərhəd kimi xidmət edən xəndəkləri dolduraraq “bu yalançıya qulaq asmaqdan ehtiyatlanın!, hər şeyin sizə, torpağın isə heç kimə mənsub olmadığını unutsanız, məhv olacaqsınız!” deyərək insanlara müraciət edən adam nə qədər cinayətlərin, müharibələrin, fəlakətlərin, dəhşətlərin qarşısını almış olur. Jan Jak Russo
- Biz bu torpağa sevgidən başqa heç bir toxum əkmərik. Mövlana Cəlaləddin Rumi
- Bu dünya haqqında bütün düşündüklərini ifadə etmək cəsarətini göstərəcək adam ayağını basacaq yarım metr torpaq tapa bilməyəcək. Henri Miller
Ç[redaktə]
- Çörəyi torpaqdan al, özgəsinin ağzından yox. Fin atalar sözləri
D[redaktə]
- Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durur. Heydər Əliyev
- Demədiyim sözdən heç vaxt peşman olmamışam, lakin çox olub ki, dediyimdən qan və torpaq içində yatmışam. (Ə. Cami)
- Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz. Əbu Turxan
- Dil ilə bütün dünyanı da əkmək olar, əl ilə bir parça torpağın öhdəsindən gəlmək çətindir. Madaqaskar atalar sözləri
Ə[redaktə]
- Əgər dörd adam deyirsə, torpaq da gərək tabe olsun. Malayal atalar sözləri
- Əqli-kamalı olmayan qəlb ölüdür. Onu əgər elmlə zənginləşdirsən, üstündə yağış yağmış xam torpaq kimi canlanar. Əbül Fərəc
- Əkin əkənə - torpaq, avar çəkənə - su həmişə tapılar. Fin atalar sözləri
H[redaktə]
- Heç bir şeyə mənimdir demə, yalnız yanımdadır de. Çünki nə qızıl, nə torpaq, nə sevgili, nə yoldaş, nə həyat, nə ölüm, nə hüzur, nə də kədər həmişə səninlə qalmaz. David Lavrens
- Həqiqi sahibi olmayan torpaq yetimdir. Həsən Əliyev
- Həyatda heç bir şey üçün "mənimdir" deməyin, sadəcə olaraq "mənimlədir" deyin. Çünki nə ev, nə torpaq, nə dost, nə yoldaş, nə sevinc, nə kədər, nə ölüm, nə həyat həmişə sizinlə qalmır. Hendrik Lorens
İ[redaktə]
- İnsana nə üç arşın torpaq, nə də malikanələr lazım deyil, ona bütün Yer kürəsi, bütün təbiət lazımdır ki, bu geniş aləmdə özünün azad ruhunun bütün mahiyyət və xüsusiyyətlərini meydana çıxara bilsin. Anton Çexov
M[redaktə]
- Meşə, su, var-dövlət, bolluq deməkdir, meşə olmayan yerdə nə torpaq, nə su, nə məhsul ola bilməz. Həsən Əliyev
- Məndən yəhərimi istəyin - verim, atımı istəyin - verim, lakin heç kəs vətənimdən bir qarış torpaq istəməsin - vermərəm. [1]Mete xan
Ö[redaktə]
- Ölmək üçün doğulmuşdur insan, ona görə də hər yağış sonrası torpaq qoxusunu sevər. Lev Tolstoy
S[redaktə]
- Səbrin mənası-üzərində dağları və insanları daşıyan torpaq kimi olmaq deməkdir. Səriyyis Sakat
- Sərmayə qoyacaqsansa torpaq al. Torpaq qızıldır. Üstünə bina etsən gümüş olar. İçinə də kirayəçi soxsan tənəkə olar. Vəhbi Qoç
- Sular hərəkətlidir, torpaq bərəkətlidir. Azərbaycan atalar sözləri/Vətən və el
T[redaktə]
- Tamahkarın gözünü torpaq doydurar. Azərbaycan atalar sözləri/T
- Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvəti torpaqdır. Həsən Əliyev
- Torpaq aldığını artıqlaması ilə geri qaytarır. Mark Tulli Siseron
- Torpaq anadırsa, su övladdır. Meşənin bu övladsız dodağı çat-çat olub yanacaq, diri gözlü “ölüyə” dönəcək. Həsən Əliyev
- Torpaq borclu qalmaz. Osetin atalar sözləri
- Torpaq çörəyi ilə, insan əməyi ilə. Başqırd atalar sözləri
- Torpaq deyər: "Öldür məni, dirildim səni!" Azərbaycan atalar sözləri/T
- Torpaq, dəyərsiz olsa da, dövlətin təməlidir; heç kimə verilə bilməz. Mete xan
- Torpaq əmindir; Ona nə əkərsən xainlik etməz, onu biçərsən.Yaz fəsli, Allah fərmanını gətirmədikcə torpaq gizli şeyləri meydana çıxarmaz. Mövlana Cəlaləddin Rumi
- Torpaq hamını yedirəndir, amma o özü də yemək istəyir. Rus atalar sözləri
- Torpaq həkimin səhvlərini ört-basdır edir. Polşa atalar sözləri
- Torpaq öz payını həmişə götürür. Fin atalar sözləri
- Torpaq sahəsini çəpərləmiş ilk şəxs "bu mənimdir" deyə qışqırıb ona inanan sadəlövh adamları cəmləyə bilmişsə, vətəndaş cəmiyyətinin əsl banisi də odur. Jan Jak Russo
- Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən. Abdulla Qurbani
- Torpaq Vətən deməkdir və milyonlara öz döşündən süd vermişdir. Həsən Əliyev
- Torpaqda güclülər də çürüyür. Fin atalar sözləri
- Torpaqda itki olmaz, Kötüksüz bitki olmaz. Azərbaycan atalar sözləri/Vətən və el
- Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz. Kitabi Dədə Qorqud
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.496.