Mete xan
Jump to navigation
Jump to search
Mete xaqan, Mete Şanyü və ya Mete xan (qədim Çin mənbələrində Mao-tun və ya Modun Şanyu olaraq da adlandırılır) (çin 冒頓單于[1]; E.ə. 234-e.ə. 174) — Böyük Hun İmperiyasının ikinci şanyüsü. Bəzi tarixçilər onu Oğuz Xan hesab edir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç[redaktə]
- Çin hökmdarı Hunların Çin sərhədlərinə yaxınlaşmasını istəmirsə, sərhədçilərə və sərhəd boyu yaşayan insanlara sərhədlərdən uzaqlaşmağı əmr etməlidir.
M[redaktə]
- Mete xan Çin ordusu ilə üz-üzə gəlmişdi. Ətrafı gözdən keçirmək üçün vəziriylə bir təpəyə qalxdı və gördü ki, türk ordusu Çin ordusu qarşısında bir ovuc qarışqa kimidir. Vəziri Mete xanın geri çəkiləcəyini düşünərək soruşdu:- Nə düşünürsüz, hökmdar?
Mete xan vəzirinə dönərək dedi: -Bu qәdәr çinlini harda basdıracam...
- Məndən yəhərimi istəyin - verim, atımı istəyin - verim, lakin heç kəs vətənimdən bir qarış torpaq istəməsin - vermərəm. [1]
T[redaktə]
- Torpaq, dəyərsiz olsa da, dövlətin təməlidir; heç kimə verilə bilməz.
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.496.