Məzmuna keç

Qulaq asmaq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı məsləhətə qulaq asmaq heç vaxt gec deyil. Samuel Conson
  • Anasına qulaq asmayan, vətənini də eşitməz. Malayal atalar sözləri
  • Anlamayana yaxşılıq eləməkdən, qulaq asmayana nəsihət söyləməkdən, ağzı boşa sirr verməkdən daha böyük səhv ola bilməz. Kəlilə və Dimnə
  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
  • Bir qarış torpağı hasarlayıb “bu torpaq mənə məxsusdur” deyən və sadəlövh insanları tapıb buna inandıran adam vətəndaş cəmiyyətinin əsl qurucusudur. Dirəkləri aşıran, sərhəd kimi xidmət edən xəndəkləri dolduraraq “bu yalançıya qulaq asmaqdan ehtiyatlanın!, hər şeyin sizə, torpağın isə heç kimə mənsub olmadığını unutsanız, məhv olacaqsınız!” deyərək insanlara müraciət edən adam nə qədər cinayətlərin, müharibələrin, fəlakətlərin, dəhşətlərin qarşısını almış olur. Jan Jak Russo
  • Biri danışanda hamı qulaq asır, hamı danışanda - kim qulaq asacaq? Amxar atalar sözləri
  • İnsanlar çox danışana və çox nəsihət verənə qulaq asmırlar. Corc Bernard Şou
  • İnsanlar iki qrupa: kitab oxuyanlara və kitab oxuyanlara qulaq asanlara bölünür. Bernar Verber
  • Qeybətə qulaq asan şəxs qeybət edən şəxs qədər günahkardır. Ceyms Rendal
  • Lovğa və inadkar adam hər şeyi öz bildiyi kimi edir, heç kəsin məsləhətinə qulaq asmır və tezliklə öz səhvinin qurbanı olur. Ezop
  • O dövlət yaxşıdır ki, orda natiqlərdən daha çox qanuna qulaq asırlar. Xilon

İstinadlar

[redaktə]