Məzmuna keç

Qəbul



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • "Ağıl… Mehribanlıq… Cəsarət…" Bunlar insanın, dünyanın hər yerində qəbul edilmiş üç mənəvi dəyəridir. Konfutsi
  • Asiyalı və avropalı əcdadlarımızdan bizə irs qalan irqi, mədəni, əxlaqi və sosial konsepsiyalar həmvətənlərimizə, onların istedad və rifahına hörmətdən keçməklə hər şeyi qəbul etməli və ehtiram göstərməlidir. Piramidanı öz şəxsi şərəfin üzərində qurmaq yolverilməzdir. Nə qədər ki, biz şəxsi və milli adətlərimizi möhkəm saxlayırıq, bizim həyat enerjimizi sümürən təmtəraqlı özünüsevmə oyunlarının qurbanı olmamalıyıq. Atilla
  • Başqa adamlardan xidmətlər qəbul etməyi yox, əksinə başqalarına qulluq etməyi və həyatını insanlara həsr etməyi dərindən başa düşən insan xoşbəxtdir. Bu cür hərəkət edən insan öz mülkünə layiq olacaq və heç vaxt uğursuzluğa düçar olmayacaq. Lev Tolstoy
  • Başqa hər şey də olduğu kimi riyazi bir nəzəriyyə üçün də elədir; gözəllik qəbul edilə bilər lakin açıqlana bilməz.Lev Tolstoy
  • Bir adamın mənimsədiyi din, bir neçə istisna xaricində, cəmiyyətin qəbul etdiyi dinlə eynidir və bu da, adamın həmin dini mənimsəməsinə ətraf təsirlərin səbəb olduğunu açıq şəkildə ortaya qoyur. Bertran Rassel
  • Bir iş haqqında şübhəli qərar qəbul etmək xətalı, qəti qərara gəlmək isə gülüncdür. Volter
  • "Bu məsələni anlayıram, o birisini qəbul etmirəm" demək olmaz, insan gərək anlaşılmayanı da öyrənib qəbul etməyə çalışsın. Alber Kamyu
  • Çox tez-tez hallarda təvazökarlıq zəiflik və qərarsızlıq kimi qəbul edilir. Amma təcrübə insanların səhv etdiyini sübut edəndə, təvazökarlıq xarakterə yeni gözəllik, güc və hörmət verir.Lev Tolstoy
  • Din — həqiqətin qəbul olunmaması ilə yanaşı, həm də arzu edilən illüziyalar sistemidir. Bu hala ancaq xoşbəxtliklə dolu xəyali qarışıqlıq vəziyyətində rast gəlmək mümkündür. Dinin on birinci əmri elə məhz budur: "Sorğu-sual etməyəcəksən".Ziqmund Freyd
  • Düşünmürəm ki, uzun müddət samanlıqda yatan itin bu samanlığa müstəsna hüququ olsun. Mən belə bir hüququ qəbul etmirəm. Mən, məsələn Amerikalı hindulara və ya Avstraliyadakı yerli əhaliyə hansısa haqsızlığın edildiyini də qəbul etmirəm. Mən, həmçinin daha güclü, daha inkişaf etmiş, daha ağıllı irqə mənsub insanların gəlib yerli əhalini sıxışdıraraq onların yerini tutmasını və nəticədə bu əhaliyə ziyan vurulması fikrini də qəbul etmirəm.Uinston Çörçill
  • Elm "alın yazısını" qəbul etmədi, amma "genetik proqram" adı altında onu özü kəşf etdi. Tur Xander
  • Ən böyük ağrılı, ağrıtmaz zəncirlərin ağrısıdır; köləliyi qəbul etmənin, baş qaldırmaqdan imtina etmənin ağrısıdır. Arif Nihat Asya
  • Əsəbi olduğum vaxtlarda heç bir qərar qəbul etmirəm.[1] Uinston Çörçill
  • Gəncliyimdə özümə naharadək bir damcı da olsa spirtli içki qəbul etməmək qaydası qoymuşdum. Daha cavan deyiləm, qayda dəyişib. İndi səhər yeməyinədək bir damcı da olsun spirtli içki içməmək qaydasına əməl edirəm.Uinston Çörçill
  • "Hamlet"də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın! Hamlet
  • Hər nə qədər qulağa xoş gəlməyib məntiqsiz görünsə də, qeyd etmək lazımdır: həm aşiq olub, həm də özünü azad və xoşbəxt hiss edən insan qadınlara göstərdiyi hörmətin öhdəsindən gəlmiş və anası, yaxud bacısı ilə insest münasibətə girmə fikrini yavaş-yavaş qəbul etməyə başlamışdır.Ziqmund Freyd
  • Hətta komiklərin də istehzalarını qəbul etmək lazımdır: əgər onlar haqlıdırlarsa, bu bizi düzəldəcək, haqlı deyillərsə, bunun bizə bir aidiyyəti yoxdur. Sokrat
  • İnam, həyatın mənasını dərk etmək və bu dərk etmədən irəli gələn vəzifələri qəbul etməkdir.. Lev Tolstoy
  • Qəbul olunub ki, bayramlarda başçı özünün yaxşı xəzini və gözəl işlənmiş dəri paltarını geyinsin. Amma çox bahalı paltarla öz üstünlüyünü göstərmək yalnız toplaşanların nifrətinə səbəb olur, onları bayram əhvali-ruhiyyəsindən yayındırır. Atilla
  • Mən digər insanların irəli sürdüyü qaydaları qəbul etməmişəm. Əgər mən bunu etsəydim, bəlkə də artıq həyatda yox idim.Corc Soros
  • Mən Tanrıya inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. Lev Tolstoy
  • Müdrik başçı mahiyyətə varmadan heç vaxt qərar qəbul etmir. Qərar onu qəbul edənin şücaəti, ağılıdır. Atilla
  • Özünü olduğu kimi qəbul etmək istəməyən yeganə varlıq insandır. Alber Kamyu
  • Ruhun əbədi olması ehkamı insan ruhunun qəbul edə biləcəyi ideyaların ən təsəllivericisi, eyni zamanda ən qorxuncudur.Volter
  • Tarixçilər əvvəlki tarixçilərin yazdıqlarını fakt kimi, onlara istinadla yazdıqlarını isə artıq sübut olunmuş həqiqət kimi qəbul edirlər. Bu isə elmin imitasiyasıdır. Tur Xander
  • Yalanlamaq və rədd etmək üçün oxuma. İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma. Danışmaq və nitq atmaq üçün də oxuma. Dartmaq, müqayisə etmək və düşünmək üçün oxu. Frensis Bekon
  • Yuxular haqqında irəli sürülən fikirləri üç qrupa ayırmaq olar. Filosofların əksəriyyəti bu üç qrupdan birinə, xüsusilə də yuxulara həddindən çox əhəmiyyət verən fikirlərə üstünlük vermişdir. Bu mütəfəkkirlər belə hesab edir ki, yuxular insanın ruhi fəaliyyətinin qəribə nəticəsidir. Hətta onlar bir az da iddialı davranıb, yuxuları bəzi ali hallarla əlaqələndirirlər. Məsələn, onlardan biri olan Şubert belə deyir: "Yuxular — insanın xarici aləmin təzyiqlərindən qaçışıdır. Başqa sözlə, ruhun özünü maddənin qandallarından xilas etməsidir". Filosofların hamısı bu cür iddialı olmasa da, çoxu yuxuların kökünün ruhi xəbərdarlıqlarda olduğunu bildirir. Onların fikrincə, yuxular gün ərzində sərbəstlikləri məhdudlaşan ruhi qüvvələrin yatanda üzə çıxmasıdır. Yuxularda yaşanılan həyatın müxtəlif qeyri-adi uğurlara imza atdığı bu gün əksər müşahidəçilər tərəfindən qəbul olunmuşdur.Ziqmund Freyd

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 278