Qüsur
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qüsurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. Marsel Prust
- Alçaltmaq səhvdir, çünki axmaqlıq bir qüsurdur, amma elələri var ki axmaqlığı qüsursuzdur. Paulo Koelyo
B
[redaktə]- Başqalarının qüsurlarını ölçərkən barmağı ilə tərəzinin gözünü basmayan adam çox azdır. Fransua de Laroşfuko
- Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur. Uilyam Şekspir
D
[redaktə]- Dənizin dibində incilərlə daşlar qarışıq tapılarlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar. Mövlana Cəlaləddin Rumi
- Dostunuzun nöqsanlarına dözümlü olun, çünki qüsursuz insan yoxdur. Protaqor
- Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır. Çin atalar sözləri
- Düzəltmək istəmədiyimiz qüsurlarımızla öyünməyə çalışarıq. Fransua de Laroşfuko
E
[redaktə]- Ehtiraslarımız; ya bir qüsur, ya da bir ərdəmin daha şiddətli hallarıdır. Yohann Volfqanq Göte
- Elm və incəsənət öz mənşələrinə görə bizim qüsurlarımıza borcludurlar. Əgər onlar öz mənşələri ilə bizim fəzilətlərə borclu olsaydılar, onların üstünlüklərinə az şübhə edərdik... Əgər insan ədalətsizliyi olmasaydı, hüquq bizə nə üçün lazım olardı? Jan Jak Russo
- Evlənmənin yaxşısı olar, amma qüsursuzu olmaz. Fransua de Laroşfuko
Ə
[redaktə]- Əgər sən, qüsursuz olsaydın başqalarının qüsurlarını tapıb çıxarmağa bu qədər maraqlı olmazdın. Anton Çexov
H
[redaktə]- Hansısa qadın sizi gözəlliyi ilə valeh edibsə, amma heç cür onun nə geyindiyini xatırlaya bilmirsinizsə – deməli o, qüsursuz geyinibmiş. Koko Şanel
İ
[redaktə]- İki insanın yaxşı dolanması heç qüsursuz olmalarıyla deyil, bir-birlərinin qüsurlarını xoş göstərmələriylə təmin edilər. Aleksis de Tokvil
- İnsan öz qüsurlarını söyləməkdən xoşlanmaz; Onsuz da bu işi başqaları lazımınca edir. [1]Şervud Anderson
- İnsanlıqdan daha qüsursuz hansı kitab vardır ki. Mahatma Qandi
K
[redaktə]- Kiçik qüsurlarımızı etiraf etməyimiz, böyük qüsurlarımız olmadığına hər kəsi inandırmaq üçündür. Fransua de Laroşfuko
- Kim ki, hər şeyi yalnız qanun gücünə nizama salmaq istəyir - qüsurları düzəltməkdən daha çox qüsur doğurur. Benedikt Spinoza
Q
[redaktə]- Qüsur deyil, çarə tap. Henri Ford
- Qüsur tapmaq üçün baxma birinə, tapmaq üçün baxsan taparsan, qüsuru örtməyi vərdiş etdir özünə, o zaman qüsursuz olarsan. Oxumasını bilirsənsə hər insanın bir kitab olduğunu görə bilərsən. Deni Didro
- Qüsursuz olsaydıq, başqalarının qüsurlarını tapıb ortaya çıxarmağa bu qədər maraq göstərməzdik. Fransua de Laroşfuko
Ö
[redaktə]- Öz qüsurlarımızın tam ziddləriylə öyünərik: İradəsizikmi, inadçı olmaqla öyünərik.Fransua de Laroşfuko
- Öz rəisində qüsur görməyən işçilərə etibar etməyin. U.Kollinz
S
[redaktə]- Sərxoşluq qüsur yaratmaz, qüsurları aşkar edər. Seneka
Y
[redaktə]- Yaxşı ağıla malik olmaq azdır, əsas onu tətbiq etməkdir. Ən böyük ruhlarda ən böyük qüsurlarla yanaşı, ən böyük fəzilətlər də yerləşib. Asta gedən həmişə düz istiqamətdə və bu yoldan uzaqlaşan və qaçan insandan çox uzaq məsafə qət edə bilər. Rene Dekart
Z
[redaktə]- Zaman üçün qüsur tapa bilərik, ancaq zaman danışarsa, utanmaq məcburiyyətində qalarıq. Abdullah ibn Muhəmməd
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
İstinadlar
[redaktə]- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 132.