Nadir
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağılla gözəlliyin qohum olması nadir hallarda olar. Alman atalar sözləri
- Avara adamlar nadir hallarda məşğul insana qonaq gedirlər. Qaynar qazana milçəklər yaxınlaşmır. Ziqmund Freyd
- Avropa xalqları ailəsini bəşəriyyətin sabit bir hissəsi əvəzinə təkmilləşən nə etdi? Onlarda, mövcud olduqda səbəb kimi deyil, nəticə olaraq mövcud olan heç bir üstün mükəmməllik yoxdur; lakin onların əlamətdar xarakter və mədəniyyət müxtəlifliyi. Fərdlər, siniflər, millətlər bir-birindən son dərəcə fərqli idilər: onlar hər biri dəyərli bir şeyə aparan çox müxtəlif yollar açdılar; və hər dövrdə müxtəlif yollarda səyahət edənlər bir-birlərinə qarşı dözümsüzlük göstərsələr də və qalanların hamısı öz yolu ilə getməyə məcbur edilsəydi, bunu əla bir şey hesab edərdilər, lakin onların bir-birinin inkişafına mane olmaq cəhdləri nadir hallarda baş verirdi. Hər hansı bir daimi uğur və hər biri digərlərinin təklif etdiyi yaxşılığı almaq üçün vaxt keçdikcə dözdü. Avropa mənim fikrimcə mütərəqqi və çoxşaxəli inkişafı üçün bu yolların çoxluğuna tamamilə borcludur. Lakin o, artıq bu faydanı xeyli az dərəcədə əldə etməyə başlayır. O, qətiyyətlə bütün insanları eyniləşdirmək kimi Çin idealına doğru irəliləyir. Con Stüart Mill
- Az, bacarıqsız və nadir hallarda nəvaziş göstərilən qadınlar miskin qayğılarla, iztirablarla, şöhrətpərəstliklə, pula hərisliklə, kədər, qəm-qüssə gətirən təsadüflərlə yaşayır. Gi de Mopasson
D
[redaktə]- Dahi insanlar nadir hallarda təklikdə görünür. Viktor Hüqo
H
[redaktə]- Həqiqət nadir hallarda təmiz olur və heç vaxt sadə olmur. Oskar Uayld
K
[redaktə]- Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır. Onore de Balzak
- Kişi sevdiyi işdə işləyirsə, nadir hallarda işinə görə sağlamlığı pozular. Onore de Balzak
Q
[redaktə]- Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq. Viktor Hüqo
- Qadınlar nadir halda bir-birləri haqqda fikirdə yanılırlar. Aqata Kristi
M
[redaktə]- Mübahisə edərkən öz səhvini boynuna almaq, filosoflara məxsus nadir, qiymətli keyfiyyətdir. Mişel de Monten
N
[redaktə]- Necə ki, həqiqi sevgi nadir hallarda olur, eləcə də həqiqi dost da nadir halda olur. Jan de la Fontaine
S
[redaktə]- Sadiq dost — nadir quşdur. Latın atalar sözləri
T
[redaktə]- Təbiət saysız-hesabsız nadir, gözəl abidələrin “müəllifidir”. Həsən Əliyev
U
[redaktə]- Uğur çox zaman cəsarətli insanlara xas bir şeydir, nadir hallarda çəkinən və nəticələrdən qorxanlar uğur qazana bilər. Cəvahirləl Nehru
Y
[redaktə]- Yaxşı bəhanələr tapmağı bacaranların, başqa şeylər bacara bildiyi çox nadir olaraq görülür. Bencamin Franklin
- Yeni yolla gedən insanın zəkasından nadir heç nə yoxdur. Volter