Toxum
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Avropa və Afrika artıq buradadır və hindlilər də əvvəllər burada olublar. O, bu gün iki ifrat qara və ağın arasında dayanır, hər ikisi ilə qardaşlıq iddiasında olmaqdan çox qürurlu, lakin hər ikisinin gücünə tab gətirə bilməyəcək qədər zəifdir. İndiyə qədər hökumətimizin siyasəti müdrikliklə deyil, irq qüruru ilə idarə olunurdu. Son vaxtlara qədər nə hindistanlı, nə də zənci siyasi orqanın bir hissəsi kimi qəbul edilməmişdir. Hər iki irqi vətənpərvərlik hissləri ilə ruhlandırmaq üçün heç bir cəhd edilməyib, lakin hər iki irqin ürəyinə təhlükəli narazılıq və nifrət toxumları səpilib. Frederik Duqlas
B
[redaktə]- Belində toxum daşıyan qarışqaya işgəncə etmə, çünki o varlıq canlıdır və həyat onun üçün də şirindir. Əbülqasım Firdovsi
- Bir toxum verdin, çiçəyini al. Bir dən verdin, ağacını al. Bir budaq verdin, çəmənini al. Dünyamı verdim sənə, məndə qal. Əziz Nesin
- Biz bu torpağa sevgidən başqa heç bir toxum əkmərik. Mövlana Cəlaləddin Rumi
- Biz qüsurların kökünü kəsib fəzilət toxumu səpməliyik. Mark Tulli Siseron
D
[redaktə]- Dünyada tikan toxumu əkən insanı gül bağçasında axtarma! Mövlana Cəlaləddin Rumi
E
[redaktə]- Elə qırmızıdır ki, toxum xoruzuna oxşayır. Azərbaycan atalar sözləri/E
- Elm və din doğma bacıdırlar. Əgər onlar arasında ədavət, düşmənçilik toxumu səpilməsə, onlar heç vaxt bir-biri ilə mübahisə etməzlər. Əksinə, elm və din bir-birini tamamlayır və gücləndirir. Mixail Lomonosov
- Elmsiz iş şoran yerə səpilmiş toxum kimidir. Sənai Qəzvini
H
[redaktə]- Hara gün düşür - ora toxum ək, hara toxum əksən - orda kölgə olacaq. Çeçen-inquş atalar sözləri
- Həyat tarlasında toxum səpən kimi müntəzəm və davamlı addımla. Pifaqor
İ
[redaktə]- İnsanlar təəccüblənməyi sevirlər və bu, elmin toxumu rolunu oynayır. Elm təəccübdən qidalanıb cücərir. [1] Ralf Uold Emerson
Q
[redaktə]- Quru duanı burax, ağac istəyən toxum əkər. Mövlana Cəlaləddin Rumi
M
[redaktə]- Məclisdə bir-birinin qulağına söz demək könüllərdə nifaq toxumu əkməkdir. Saib Təbrizi
N
[redaktə]- Nacins qarpızın toxumu çox olar. Azərbaycan atalar sözləri/N
S
[redaktə]- Sevincdə qəm toxumu var, qəmdə - sevinc. Yapon atalar sözləri
- Səpilməyən toxum göyərməz. Türkmən atalar sözləri
T
[redaktə]- Toxum olmasa, dirilməz. Nizami Gəncəvi
- Torpaq - ana, toxum - atadır. Efiopiya atalar sözləri
U
[redaktə]- Uşaqları öyrədərkən vacib bir məsələyə diqqət etmək lazımdır: elmlər uşaqların yaşına uyğun olmalıdır; əks təqdirdə - onların ruhlarında təkəbbürlük toxumu səpilər. İmmanuel Kant
Y
[redaktə]- Yaxşılıq toxumunu dənizə at, ada göyərəcək. İndoneziya atalar sözləri
İstinadlar
[redaktə]- ↑ Aforizmlər. Bakı.2013. səh.42