Qalib
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllıların əlaməti bədbəxtliyi qabaqcadan görmək, igidlik isə bədbəxtliyə qalib gəlməkdir. Pittak
- Ancaq öz mənliyini qoruya bilənlər həyat mübarizəsində qalib gəlirlər. Ralf Uold Emerson
B
[redaktə]- Baxmayaraq ki, dünya əzablarla doludur, bu həmçinin ona qalib gəlmələrlə də doludur. Helen Keller
- Başqalarına qalib gələn qüvvətlidir, özünə qalib gələn isə əzəmətlidir. Lao-tszı
- Bədii cərəyanlar mağaza vitrinlərini öz silahı kimi işlədəndə qalib gəlirlər. Pablo Pikasso
- Birincisi: Sənə fikir vermirlər, sonra sənə əl çalırlar, sonra səninlə savaşırlar, axırda isə sən qalib çıxırsan. Mahatma Qandi
- Bu günün İngiltərəsində “Marks və Spenser” (məşhur geyim istehsalçısı – G.Ə) Marks və Engelsə qalib gəlib. Marqaret Tetçer
- Bu nişanə ilə sən qalib gələcəksən. Latın atalar sözləri
- Bütün silahlı peyğəmbərlər qalib gəlmiş, silahsızlar isə məğlub olmuşlar. Nikkolo Makiavelli
Ç
[redaktə]- Çox vaxt əzm və iradə zəif ağlın daha güclü ağla qalib gəlməsinə kömək edir. Andre Berte
D
[redaktə]- Dünyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol. Fyodor Dostoyevski
Ə
[redaktə]- Əməklə acı taleyə də qalib gələrsən. Fin atalar sözləri
- Ən böyük qələbə insanın öz üzərindəki qələbəsidir. Məhəmməd peyğəmbər
- Ən böyük zəfər insanın özünə qalib gəlməsidir. Platon
- Ən müqəddəs müharibə odur ki, insan özünə qalib gəlir. Məhəmməd peyğəmbər
- Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. Napoleon Bonapart
G
[redaktə]- Gəldim, gördüm, qalib gəldim. Qay Yuli Sezar
- Güclü insan zəif insana qalib gələ bilər, amma unutmamalıdır ki, hər zaman ondan da güclü bir insan var. İmmanuel Kant
İ
[redaktə]- İgidlik təkcə o deyil ki, düşmənlərə qalib gələsən, öz ehtiraslarına hakim olmaq da adamdan igidlik tələb edir, yoxsa bəziləri şəhərlər üzərində hakimlik etsələr də, özləri qadınların kölələridir. Demokrit
- İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər. Napoleon Bonapart
- İnsan ruhuna silahla deyil, məhəbbət və alicənablıqla qalib gəlmək olar. Benedikt Spinoza
- İnsan yalnız bilmədiyi şeydən qorxur, bilik isə hər cür qorxuya qalib gəlir. Vissarion Belinski
Q
[redaktə]- Qalib hər zaman hakim, şübhəli məğlub olacaq. German Görinq
- Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər... Əli bəy Hüseynzadə
- Qaliblərin yaraları tez sağalır. Benedikt Spinoza
- Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir. Maksim Qorki
M
[redaktə]- Mən tam dərk etmişəm ki, cəsurluq- qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır. Nelson Mandela
- Mənim arzu və qorxularım var idi. Arzularımın vasitəsilə qorxularıma qalib gəldim. Robin Şarma
- Müharibəni və yaxud döyüşü başlamaq lazım deyil, əgər əminlik yoxdur ki, qalib gəldikdə daha çox şey əldə edəcəksən, nəyin ki, məğlub olduqda itirəcəksən. Oktavian Avqust
R
[redaktə]- Rəqib olmayanda qalib gəlmək çətin deyil. Lukian
S
[redaktə]- Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. V.Publiy
- Səbri çox olan adam qalib gəlir. İtalyan atalar sözləri
- Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur. Nazim Hikmət
- Siyasətçi insanlara təsir etmək üçün 12 qaydanı ustalıqla tətbiq etməyi bacarmalıdır:
- mübahisədə qalib gəlmək istəyirsənsə,rəqibinin əleyhinə çıxma;
- müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvlərini üzə vurma;
- öz səhvini başa düşdükdə,bunu səmimiyyətlə etiraf et;
- sakit tərzdə söhbət etməyə çalış;
- hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa cəhd elə;
- qarşındakına danışmaq imkanı ver,tez-tez sözünü kəsmə;
- öz fikirlərini ona zorla qəbul etdirməyə çalışma;
- heç kəslə bağlı tərəfkeşlik etmə;
- müsahibinin dərdlərinə şərik olmağa çalış;
- öz ehtiras və duyğularını nəzarət altında saxla;
- qarşındakının həm gözünə,həm də düşüncələrinə nüfuz etməyə çalış;
- öz əsas fikrini hiss olunmadan ona təlqin etməyə səy göstər. Deyl Karnegi
Ş
[redaktə]- Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itiribb, yenə də oyunda qalib ola bilərsən. Adam Faver
- Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qurbanı edər. Abbasqulu ağa Bakıxanov
T
[redaktə]- Tarixi qaliblər yazır. Uinston Çörçill
- Türklər qəhrəmandır, dostlarına zərər verməzlər. Böyük türk milləti tutduğu əli buraxmaz, sözündən dönməz, yaxşı və pis gündə dostlarının yanında olar. Belə bir millətlə əl-ələ vermək, yer üzündə hər çətinliyə qalib gəlmək üçün güc qazanmaq deməkdir. Yan Komenski
U
[redaktə]- Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq. Xalid Hüseyni
Z
[redaktə]- Zəiflər bizi öz gücümüzdən utanmağa məcbur etdikləri üçün bizə qalib gəldilər. Fridrix Nitsşe