Dəqiqə
Jump to navigation
Jump to search

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı adam artıq olduğu yeri bir dəqiqə qabaq tərk edər. Jan Jak Russo
- Allahın sevgisi o demək deyil ki, biz Onu birinci sevməliyik. Əksinə O birinci bizi sevdi. Dünyanı yaradaraq bizim qayğımıza buraxdı, xoş xəbəri yaymaq üçün bizə Öz yeganə Oğlunu göndərdi və nəhayət günahsız Oğlunu çarmıxa çəkməklə bizim öz günahlarımızdan qurtarmağımıza yol açdı. İsanın dirilməsi vasitəsilə Allah əbədi həyat üçün bizə ümid verdi. Elə bu dəqiqə Allah səninlədir. O səni sevir və sən Ona sidq ürəkdən inananda və itaət edəndə O həyatdakı bütün düz və səhv şeylərdən sənin üçün yaxşını yaradır. Kim Daecanq
- Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdi - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. Bəs bütün bu gözəllik belə sürətlə hara itdi, hara qeyb oldu? Axı bir neçə dəqiqə əvvəl bütün bunlar mövcud idi, bizi əhatə edirdi... Paulo Koelyo
- (Atomların təsadüfi hərəkətindən dünyanın yaranması haqqında Epikürün nəzəriyyəsi haqqında): Əgər latın əlifbasındakı iyirmi bir hərfdən çoxlu düzəldib sonra yerə atsaq, onlardan o dəqiqə “ Annalı” Enniya sözlərinin alınacağına və sonra onları oxumağın mümkün olacağına niyə də inanmayaq? Mark Tulli Siseron
B[redaktə]
- Bir gün gələcək və sən hara getməli olduğuna qərar verəcəksən. Dərhal qərar verdiyin yerə getməlisən. Dərhal. Bir dəqiqə belə itirməyə haqqın yoxdur. Olmaz. Cerom Selincer
- Bir dəqiqə sonradansa, bir saat qabaq yaxşıdır. Alman atalar sözləri
- Biz vaxtdan müdrik istifadə etməliyik. Düzgün işə hər dəqiqə başlamaq olar. Nelson Mandela
- Bu işi iki yolla həll edə bilərik; Birincisi, çətin yolla, ikincisi... Amma bir dəqiqə, bu birincidən də çətin oldu ki. Coni Bravo
Ç[redaktə]
- Çox təəssüf! Heç on beş dəqiqə keçməmişdi, amma mənə elə gəldi ki, araq içməyin əsl vaxtıdır. Saltıkov-Şedrin
E[redaktə]
- Elementlərin necə lazımdır düzülməsini yuxuda çox aydın gördüm. Yuxudan oyanıb elə o dəqiqə yuxuda gördüyümü bir kağıza yazıb yenidən yuxuya getdim. Sonralar yalnız bir yerdə düzəliş etməli oldum. Dmitri Mendeleyev
- Elə yaşa ki, sanki elə bu dəqiqə həyatla vidalaşacaqsan və sənə ayrılan vaxt sanki gözlənilməz bir həddiyyədir. Mark Avreli
- Etibar qazanmaq 20 il çəkər, itirmək 5 dəqiqə. Uorren Baffett
Ə[redaktə]
- Əgər biz hər dəqiqə ölə biləriksə, eyni zamanda xilas da ola bilərik. Ona görə də ən kiçik əlverişli şəraitdən istifadə etməyə hazır olmalıyıq. Jül Vern
- Əmək daşa yapışsa, daş o dəqiqə yuxuya gedər. Avaraçılıq isə tükdən yataqda belə yata bilməz. Uilyam Şekspir
F[redaktə]
- Futbol sadə bir oyundur. 22 adam 90 dəqiqə bir topu qovalar və sonunda həmişə Almanlar qazanar.[1] Qeri Lineker
H[redaktə]
- Hər yeni dəqiqə bizim üçün yeni həyat başlayır. Cerom Klapka Cerom
- Həyatda bilirsən əsas nədir? Əsas odur ki, həyat bir dəfə olur. Bir dəqiqə keçir və son! Başqası olmayacaq.. Sergey Dovlatov
İ[redaktə]
- İcazə ver sənə bir şey deyim. İnsanların hətta 10 dəqiqə gözləmək üçün səbri yoxdur! Angel Beats!
- İlk təəssürat çox əhəmiyyətlidir.. İlk iki dəqiqə böyük bir ürəyi olduğunu fikirləşərsən; Sonra bir ömür o ürəkdə, ilk iki dəqiqəni axtararsan. İlhan Bərk
- İki saat Moskva tıxacında olmaq mənim üçün 20 dəqiqə Bakı tıxacında qalmaqdan üstündür. Elçin Əzizov [2]
- İnsanoğlu özünü hər an, hər dəqiqə durmadan yeniləyər. Öz-özünü doğurması gərəkdir. Bu dayanmayan doğum sənətini bilməyənlər, çox uzun zaman əvvəl öldüklərini bilməlidirlər. Oşo
- İsraf olunan hər dəqiqə günah kitabına yazılır. Ağ balina (film)
K[redaktə]
- Kiçik məqsədləri yüksək məqsədlərə qurban verərək bütün həyat,məlum vaxt, il,ay, həftə, gün,saat, dəqiqə üçün məqsədə malik ol. Lev Tolstoy
- Kiminsə haqqında fikir bildirmək üçün mənə on dəqiqə lazımdır. Ən qəribəsi odur ki, fikrim sonralar da sabit qalır. Marqaret Tetçer
Q[redaktə]
- Qızmış sobanın üstündə bir dəqiqə oturanda adama elə gəlir ki, bir saat keçdi. Amma gözəl bir qız dizinin üstündə bir saat oturanda isə sanki bir dəqiqə keçdi. Nisbilik nəzəriyyəsi Albert Eynşteyn
M[redaktə]
- Mahnı üç dəqiqə iyirmi saniyə, amma təkrar-təkrar çalınsa sonsuza qədər davam edə bilər. Əlif Şəfəq
- Məhəbbət üstündə qurulan nigahın pis cəhəti odur ki, o dəqiqə çox yüksək hündürlük götürür. Frederik Beqbeder
- Mələk kimi görünmək üçün iyirmi dəqiqə lazımdır, təbii görünmək üçün isə bir ömür. Yanin İpaxorskaya
- Mən belə dərd çəkirdim: ilk 5 dəqiqə ağlayır, sonrakı 5 dəqiqədə əzablarımın səbəbkarını günahlandırır, növbəti 5 dəqiqədə isə özümü əvvəlcə çox sərt, sonra ironik, sonra da filosofsayağı ittiham etməyə başlayırdım. Alla Puqaçova
- Mən özümü pessimist hesab etmirəm. Pessimist mənə görə o kəsdir ki, bu dəqiqə yağışın yağacağını güman edir. Mənsə elə belə də özümü iliklərimə qədər islanmış hiss edirəm. Leonard Koen
- Mənim çox güclü yumor hissim var və düşünürəm ki, bu səyyah üçün çox mühümdür. Saysız - hesabsız təhlükələr, maneələr və narahatsızlıqlar o dəqiqə yumorun köməyi ilə öz gücünü itirirlər. Rual Amundsen
- Möhkəm iradə-instinktlər üzərində, meyllər üzərində hər dəqiqə qazanılmış qələbədir. Onore de Balzak
O[redaktə]
- On dəqiqə içində bu kağızın üstündə iki şeydən birini görəcəyəm: Ya imzanı, ya da beynini! Xaç atası (film, 1972)
- Otaqda üç xanım və bir centlmen oturmuşdu. Mən pəncərənin yanında dayanmışdım. Aradan heç beş dəqiqə vaxt keçməmişdi, məndə belə bir təəssürat yarandı ki, onların hamısı – yaltaq və fırıldaqçılardır və onlar özlərini elə göstərirlər ki, başqalarının yaltaq və fırıldaqçı olduğunu guya bilmirlər. Çünki, bunu qəbul edən özünün də yaltaq və fırıldaqçıya olduğunu təsdiq etmiş olur. Çarlz Dikkens
R[redaktə]
- Riyaziyyatçılar -fransızlar kimidir. Onlarla danışanda,sənin sözlərini öz dillərinə tərcümə edirlər və o dəqiqə tamamilə, başqa nəsə alınır. Höte
S[redaktə]
- Sakit bir dəqiqə uzun bir dəqiqədir. İsveç atalar sözləri
- Sən gülümsünə-gülümsünə mənimlə eləcə danışdın. Mən anladım ki, uzun müddətdən bəri gözlədiyim elə bu dəqiqə imiş. Rabindranat Taqor
- Səni on dəqiqə əvvəl öldürdüm. V for Vendetta
- Soruşan insan 5 dəqiqə; soruşmayan ömür boyu axmaqdır. Çin atalar sözləri
T[redaktə]
- Təəccüblənmək üçün bir dəqiqə kifayətdir. Heyratamiz bir şey hazırlamaq üçün isə uzun illər lazımdır. Klod Adrian Helvetsi
V[redaktə]
- Vicdanınla asanlıqla barışan insan, ona elə o dəqiqə xəyanət etməyə hazır olur. Pyer Büast