Tabe
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adam öz iradəsinə tabe olmağı və öz qərarlarını yerinə yetirməyi öyrənməlidir. Siseron
- Axmağın əlinin altında ağıllı, gücsüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli yazıq sayılar. Qabusnamə
- Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun. Xaqani Şirvani
B[redaktə]
- Biz artıq küləyin, dənizlərin, günəşin enerjisini özümüzə tabe etmişik. İnsanın sevgi enerjisinə yiyələndiyi gün isə, öz əhəmiyyətinə görə odun kəşfindən geri qalmayacaq. Paulo Koelyo
T[redaktə]
- Ehtirasları icazəli və qadağan edilən ehtiraslara bölən haqlı deyil. Bir insan onlara hakim olduqda bütün ehtiraslar yaxşı, tabe olduqda isə pisdir. Jan Jak Russo
Ə[redaktə]
- Əgər dörd adam deyirsə, torpaq da gərək tabe olsun. Malayal atalar sözləri
H[redaktə]
- Heç bir qanuna tabe olmamaq özünü xilasedici müdafiədən məhrum etmək deməkdir, çünki qanunlar bizi təkcə başqalarından deyil, özümüzdən də müdafiə etmək üçündür. Henrix Heyne
- Hər zaman qəlbimizdən gələn və doğru olduğuna inandığımız səsə tabe olmalıyıq. Çünki o səs heç bir zaman yalan söyləməz. Lev Tolstoy
N[redaktə]
- Nəfsə tabe olmaq əql və kamala nöqsan gətirir və düzgün qərar çıxarmağa mane olur. Kəlilə və Dimnə
S[redaktə]
- Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. V.Publiy
T[redaktə]
- Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır. Frensis Bekon
Y[redaktə]
- Yalnız tabe olmağı öyrənəndən sonra hakimiyyəti ələ al. Solon