Tədris
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ə
[redaktə]- Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar
B
[redaktə]- Bir dövlət içərisində gəncliyin təhsil və tədrislə məşğul olmasından daha böyük və daha müqəddəs bir xidmət düşünülə bilməz. Mark Tulli Siseron
- Böyrəklər öyrədən orqanlardır. Tədris qorxudan iki yolla əldə olunan azad olmaqdır:
– şüuraltı və ya şüurlu olaraq qorxudan yüksəkdə olmaq;
– şüurlu olaraq qorxunu buraxmaq. Luule Viilma
H
[redaktə]- Heyf ki, dinləməyi öyrənməyi öyrədən tədris müəssisəsi yoxdur. Axı yaxşı idarə başçısı üçün dinləməyi bacarmaq danışmağı bacarmaq qədər vacibdir. Li Jakkoka
X
[redaktə]- Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edirəm ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramları qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar. Heydər Əliyev/Azərbaycan dili
M
[redaktə]- Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır. Heydər Əliyev
- Müəllimin davranış normalarının mahiyyəti ondan ibarətdir ki, o, nə həddindən artıq ciddilik nümayiş etdirməli, nə də son dərəcə mülayim və ya hər şeyə göz yuman olmamalıdır, çünki sərtlik şagirdi müəllimin əleyhinə qaldırır, etikasızlıq müəllimə hörmətsizliyə, tədris etdiyi fənnə və onun elminə laqeyd münasibətə gətirib çıxarır. Fərabi
Ö
[redaktə]- Öz peşəsini, tədris etdiyi fənni sevməyən müəllim, cisimsiz kölgə, yağışsız bulud, işıqsız çıraqdır. Elmini, tədris etdiyi fənni sevən, daim çalışan müəllim öz kökü üzərində bitən, öz şirəsi ilə bəslənən və buna görə daim artan, yaşıllaşan, çiçəklənən, bəhrə verən ağacdır. Yaxşı müəllim şagirdlərin şüurunu başqa çaylardan axıdılan sularla deyil, məktəblinin şüurunda gizlənmiş idrak bulağını açıb, onun suyu ilə sulayır. Müəllim əməkdə və geyimdə sadəliyin, fəaliyyətində gümrahlıq və əməksevərliyin, davranışda təvazökarlıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənətinin nümunəsi, ictimai həyatda ağıllılığın örnəyi olmalıdır. Yan Komenski
T
[redaktə]- Tarix fənninin tədrisində xronoloji ardıcıllıq keçmişdən indiyə yox, indidən keçmişə doğru olmalıdır. Tur Xander
- Tədris ikiqat öyrənməkdir. Jozef Juber