Həsən əl-Əskəri
Görünüş
(İmam Əskəri səhifəsindən yönləndirilmişdir)
Həsən əl-Əskəri | |||
Doğum tarixi | 3 dekabr 845 | ||
Doğum yeri | Mədinə | ||
Vəfat tarixi | 1 yanvar 874 | ||
Vəfat yeri | Səmərra | ||
Dəfn yeri | Əl-Əskəri məscidi | ||
|
İmam Əskəri (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; ən geci 3 dekabr 844, Mədinə, Abbasilər – ən tezi 25 dekabr 873 və ən geci 4 yanvar 874, Səmərra, Abbasilər) — Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır.[1]
- Allah-taala öz əzəmət nurundan istədiyi qədər elçisinin qəlbinə göstərmişdir.[2]
- Allahla ünsiyyətdə olan kəs camaatla həmdəm olmaz.[3]
C
[redaktə]- Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir.[4]
E
[redaktə]- Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər.[5]
- Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun.[6]
Ə
[redaktə]- Əgər dünya əhli öz ağlından istifadə etsəydi, dünya viran qalardı.[7]
- Ən az rahatlığı olan insan, kin bəsləyən şəxsdir.[8]
H
[redaktə]- Həyatdan daha yaxşısı odur ki, onu əldən verən zaman öz həyatından bezəsən. Ölümdən daha pisi odur ki, ona məruz qalanda ölümü arzulayasan.[9]
İ
[redaktə]- İmam Əskəri (ə): "Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın."[10]
M
[redaktə]- Mənim Samirrada qəbrim Fəratın hər iki tərəfinin sakinlərinin əmin-amanlığına səbəbdir.[11]
N
[redaktə]- Nadanlıq insanın düşmənidir.[12]
- Necə də pisdir mömində onu xarlığa çəkən istəyin olması.[13]
- Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz.[14]
S
[redaktə]T
[redaktə]- Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir.[16]
Ü
[redaktə]- Üzün gözəlliyi zahirin gözəlliyi, ağlın gözəlliyi isə batinin gözəlliyidir.[17]
Z
[redaktə]- Zəmanət verilmiş ruzi səni vacib işlərdən çəkindirməsin.[18]
İstinadlar
[redaktə]- ↑ Biharul-Ənvar, c.3, səh.41, hədis16
- ↑ əl-Kafi, c.1, səh.95, hədis 1.
- ↑ əd-Dürrə əl-Bahirə, səh. 43
- ↑ Biharul-Ənvar, c. 70, səh. 111, hədis 14
- ↑ "Bismillahir-rəhmanir-rəhim"i təfsir edərkən. ət-Tovhid, səh.321 , hədis 5
- ↑ Biharul-Ənvar, c. 78, səh. 255, hədis 17
- ↑ Biharul-Ənvar, c. 78, səh. 377, hədis 3
- ↑ Tuhəful-Uqul, səh.488
- ↑ Tuhəful-Uqul, səh. 489
- ↑ Biharul-Ənvar, c. 78, səh. 374, hədis 24
- ↑ Əbu Haşim Cəfəriyə xitabən buyurub. Biharul-Ənvar, c.102, səh. 59, hədis 1
- ↑ Əddurətul-Bahirə, səh.44
- ↑ Biharul-Ənvar, c. 78, səh. 374, hədis 35.
- ↑ Ə‘lamud-Din. səh. 313
- ↑ Biharul-Ənvar, c.69, səh. 407, hədis 115
- ↑ Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir.
- ↑ Əlamud-Din, səh.313
- ↑ Biharul-Ənvar, c. 78, səh. 374, hədis 22.