İmza
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən bunu bir daha dedim. Heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram. İlham Əliyev
- 31 yanvar 2006, 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda nitqindən
Ə
[redaktə]- Əgər uşaq dünyaya gətirmə fəaliyyətini şüurlu, məqsədyönlü prosesə çevirə və təbii ehtiyaclardan birinin ödənilməsi məcburiyyəti halından çıxara bilsək, onda bəşər tarixinin ən böyük müvəffəqiyyətinə imza atar və insanı təbiət tərəfindən məruz qaldığı ən böyük təzyiqlərin birindən qurtarardıq. Ziqmund Freyd
- Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza. Koko Şanel
Ü
[redaktə]- Üç ildən sonra kişi və qadın ya ayrılmalı, ya intihar etməli ya da elə etməlidirlər ki, uşaqları olsun. Öz məğlubiyyətlərinin altından imza atmaq üçün üç üsul. Frederik Beqbeder
Y
[redaktə]- Yuxular haqqında irəli sürülən fikirləri üç qrupa ayırmaq olar. Filosofların əksəriyyəti bu üç qrupdan birinə, xüsusilə də yuxulara həddindən çox əhəmiyyət verən fikirlərə üstünlük vermişdir. Bu mütəfəkkirlər belə hesab edir ki, yuxular insanın ruhi fəaliyyətinin qəribə nəticəsidir. Hətta onlar bir az da iddialı davranıb, yuxuları bəzi ali hallarla əlaqələndirirlər. Məsələn, onlardan biri olan Şubert belə deyir: "Yuxular - insanın xarici aləmin təzyiqlərindən qaçışıdır. Başqa sözlə, ruhun özünü maddənin qandallarından xilas etməsidir". Filosofların hamısı bu cür iddialı olmasa da, çoxu yuxuların kökünün ruhi xəbərdarlıqlarda olduğunu bildirir. Onların fikrincə, yuxular gün ərzində sərbəstlikləri məhdudlaşan ruhi qüvvələrin yatanda üzə çıxmasıdır. Yuxularda yaşanılan həyatın müxtəlif qeyri-adi uğurlara imza atdığı bu gün əksər müşahidəçilər tərəfindən qəbul olunmuşdur. Ziqmund Freyd