İstifadəçi müzakirəsi:Crepusculum
Mövzu əlavə etSalam, Crepusculum, tamamilə könüllü istifadəçilərin səyləri ilə 89 dildə yaradılan Wikiquote layihələrinin Azərbaycan dilindəki versiyası -Vikisitata xoş gəlmisiniz!
Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:
- Mövcud məqalələri redaktə etmək və ya yeni məqalə yaratmaq üçün tərəddüd etmə, cəsur ol, Vikisitat hər kəs üçün azad məkandır.
- Vikisitat yazı üslubu sadədir. Bir neçə cümləlik məqalələr yaratmaqdan çəkinməyin. Vikisitata aforizmlər, qanadlı ifadələr, məşhur adamların söylədikləri yazılır.
- Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
- Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
- Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (məqalələr, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
- Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.
Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --Cekli829 06:10, 28 aprel 2011 (UTC)
Proloq
[redaktə]Ana dilində Vikisitatın açılması məni cox sevindirdi.Lap cox sevindirən isə, burada ərəb həriflərinin olmaması oldu.Hələ işə təzə başlanılıb, ançaq məncə bizlər wikipediadan sonra daha da genişləndirməyimiz gərərkən wiki məs wikisitatdır.Bir daha hamıya uğurlar.Ən çətini başlamaq idi ki, onuda etdik.--Baskervill 06:15, 28 aprel 2011 (UTC)
Salam Nurlan
[redaktə]Salam Hörmətli Nurlan Babazadə, fəaliyyətin möhtəşəmdir. Hörmətlə--Baskervill 11:15, 28 mart 2012 (UTC)
Salam. Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm. Mənim burdakı texniki işlərdən çox da yaxşı başım çıxmır. Ona görə bir az çətinlik çəkirəm. Nurlan Babazadə (talk) 11:17, 28 mart 2012 (UTC)
Mən Vikipediyada daha çox aktivəm. Ancaq hər zaman vikisözə qarşı böyük marağım olub. 1 ilə yaxındır ki, vikipediyada fəaliyyət göstərirəm. Sizin fəaliyyətiniz yeni olsada çox dəyərli və düzgündür. Nə çətinliyiniz olsa, mənim müzakirə səhifəmə və ya elə bura yazın. Hörmətlə--Baskervill 11:24, 28 mart 2012 (UTC)
- Sizə əvvəlcə öz səhifənizi yaratmağı məsləhət görərdim. Bunun üçün mənim səhifəmə baxın. Öz səhifənizdə tərəfinizdən yaradılan məqalələr haqqında məlumat verə bilərsiz.--Baskervill 11:26, 28 mart 2012 (UTC)
- Əgər icazə verəsiniz, mən sizin səhifədə bəzi kiçik əlavələr etmək istərdim.--Baskervill 11:31, 28 mart 2012 (UTC)
Buyurun Nurlan Babazadə (talk) 11:32, 28 mart 2012 (UTC)
- Səhifəniz indi daha baxımlı görsənir. Nə qədər səhifə yaratsanız belə öz səhifəniz genişlənməyəcək, mənim səhifəmdə olduğu kimi. Bir daha xoş gördük, inanın vikisitatın dəyərli şəxslərə böyük ehtiyacı var. Fəaliyyətinizin davamını səbirsizliklə gözləyirəm. Bizdə hal-hazırda 750 sitat var. Bunu yaya qədər 1.000 etmək istəyirəm. Bu işdə sizin köməyiniz əvəzsizdir.--Baskervill 11:38, 28 mart 2012 (UTC)
Bacardığım qədər kömək edərəm. Mən yaratdığımı səhifələri öz səhifəmdə qeyd etməliyəm, yoxsa avtomatik qeyd olunacaq? Nurlan Babazadə (talk) 11:39, 28 mart 2012 (UTC)
Bu sırf könüllü məsələdir. Şəxsən mən bunu ona görə edirəm ki, yeni gələn və ya burada aktiv olan şəxslər mənim fəaliyyətimlə daha yaxından tanış olsunlar. Xeyr qeyd olunmur, bunu özünüz etməlisiniz, ancaq məcburi deyil könüllü məsələdir. Hörmətlə--Baskervill 11:46, 28 mart 2012 (UTC)
Nurlan bəy, bu siyahıya baxın. Burada bizim yerimiz 30-cu pillədədir. Ermənilər isə 32-də.--Baskervill 11:47, 28 mart 2012 (UTC)
Gördüm... Keçərik inşallah! :) Nurlan Babazadə (talk) 11:50, 28 mart 2012 (UTC)
1 ay əvvələ qədər ermənilər bizdən öndə idi. İndi şəxsən mənim əsas məqsədim 1 aprel tarixinə qədər 800 sitat həddinə catmaqdır. Əgər siz gün ərzində 3 sitat yaratsanız (indiki halda daha çox yaratmısınız, daha gözəl) biz yaponlarıda keçəcəyik. --Baskervill 11:55, 28 mart 2012 (UTC)
- İnanılmaz sürətlə fəaliyyət göstərirsiniz. Bu arada mən öz istifadəci səhifəmdə özüm haqqımda şablon məlumatlar əlavə etmişəm (sağ tərəfdə). Bunu sizdə edə bilərsiniz. Hörmətlə--Baskervill 13:21, 28 mart 2012 (UTC)