İstifadəçi müzakirəsi:Ebrahimi-amir
Mövzu əlavə etSalam, Ebrahimi-amir, tamamilə könüllü istifadəçilərin səyləri ilə 89 dildə yaradılan Wikiquote layihələrinin Azərbaycan dilindəki versiyası -Vikisitata xoş gəlmisiniz!
Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:
- Mövcud məqalələri redaktə etmək və ya yeni məqalə yaratmaq üçün tərəddüd etmə, cəsur ol, Vikisitat hər kəs üçün azad məkandır.
- Vikisitat yazı üslubu sadədir. Bir neçə cümləlik məqalələr yaratmaqdan çəkinməyin. Vikisitata aforizmlər, qanadlı ifadələr, məşhur adamların söylədikləri yazılır.
- Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
- Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
- Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (məqalələr, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
- Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.
Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --Cekli829 06:41, 10 sentyabr 2011 (UTC)
Salamlar
[redaktə]Salamlar Cəkli bəy. Ana Səhifə dən آنا صحیفه yə keçid yoxdur. Vaxtınız varsa curlayın lütfən. Hörmətlə --Ebrahimi-amir 06:50, 10 sentyabr 2011 (UTC)
Salam Əmir. Sizi Vikisitatda da görməkdən çox məmnunam. Amma Sizdən fəaliyyətinizlə bağlı bir xahişim var. META-dakı müzakirələr başa çatana qədər Vikisitatda ərəb əlifbası ilə işləməyin. Əks halda bu fəaliyyət Vikipediyadakı mövcud böhranlı vəziyyətin Vikisitata da daşınmasına səbəb ola bilər. Uğurlar! --Cekli829 06:51, 10 sentyabr 2011 (UTC)
Ordaki bəhslərin buraya nə dəxli var ki?--Ebrahimi-amir 06:53, 10 sentyabr 2011 (UTC)
Əlifba problemini birdəfəlik həll etmək lazımdır. Yoxsa bunun daha böyük fəsadları ola bilər. --Cekli829 07:10, 10 sentyabr 2011 (UTC)