Şəqiq Bəlxi
Görünüş
Şəqiq Bəlxi | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allah yolu dörd şeydədir: ruzisindən əmin olmaq, işlərində ixlaskar olmaq, şeytanı düşmən bilmək və ölümə hazır olmaq.
D
[redaktə]- Dilini qoru. Savabını tərəzində görmədiyin sözü söyləmə.
Ə
[redaktə]- Əgər sən birinə bir şey verməyi sənə bir şey verməkdən çox sevirsənsə, deməli, dünyanı yox, axirəti sevirsən.
İ
[redaktə]- İnsanı tanımaq istəyirsənsə, onun Allahın sözünəmi, yoxsa insanların verdikləri sözəmi daha çox güvəndiyinə diqqət et.
Q
[redaktə]- Qorxunun əlaməti haramları tərk etmək ümidin əlaməti durmadan itaət etmək, məhəbbətin əlaməti isə hər an şövq və peşimanlıq içində olmaqdır.
M
[redaktə]- Müsibəti fəryad edən bir kəs əlinə silah alıbsa, o deməkdir ki, Allah-təalaya qarşı hərbə çıxıb.
Ö
[redaktə]- Ölümə həmişə hazır olmaq lazımdır, çünki ölüm elə şeydir ki, gəldisə, geri dönməz.